Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Taliban” 20 yaşlı voleybolçu qızı edam etdi - FOTO

Tarix 23.10.21, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


"Taliban" hərəkatının nümayəndələri Əfqanıstanda 20 yaşlı voleybolçu qızı edam edib.

AzFakt.com qafqazinfo-ya istinadən xəbər verir ki,  talibançılar ölkədə idmanla məşğul olan şəxsləri xüsusi axtarışa verirlər və Kabilin voleybol klubunun ən yaxşı idmançılarından biri olan Mahcabin Hakimi də onlardan biri olub.

Radikal hərəkatın nümayəndələri həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində Hakimini tapıblar və onun başını bədənindən ayırıblar.

M.Hakiminin məşqçisinin sözlərinə görə, talibançılar qızın başını kəsdikdən sonra edam fotolarını sosial şəbəkələrdə yayıblar.

Bildirilir ki, voleybol klubunun iki üzvü ölkədən qaçmağı bacarıb. Bununla yanaşı, digər idmançılara və Mahcabin Hakiminin ailəsinə gənc idmançının ölümünə dair susmaq tapşırılıb və təhdid olunublar.

Bununla belə, gənc idmançının edam olunma tarixi ilə bağlı ziddiyyətli məlumatlar var. Belə ki, bir məlumata görə, Hakimi oktyabrın əvvəlində, digər məlumata görə isə "Taliban"ın Əfqanıstan paytaxtını ələ keçirməsindən əvvəl, avqustda öldürülüb.

Məşqçinin sözlərinə görə, Əfqanıstanda bir çox idmançı, xüsusilə də yerli və beynəlxalq müsabiqələrdə iştirak edən milli yığmanın qadın idmançıları ciddi təhlükə altındadır.






Xəbərin oxunma sayı : 778




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap