Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Telekanallar hər şeyi hörmətsiz etdi“ - Rasim Balayev

Tarix 22.05.21, 19:38

Font ölçüsü : - / +
bitmap-img6


"İlk dəfə televiziyaya çıxanda məni 9 adam yoxladı. Sən demə ,burada xüsusi şöbə var imiş. Ailəmlə maraqlanıb ki, onu efirə buraxmaq olarmı. Amma bu gün efirə elə adamlar çıxır ki, onların söz deməyə mənəvi haqqı yoxdur".

AzFakt.com xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Space TV"də yayımlanan "Açıq söhbət" verilişində deyib. Aktyor hazırda yayımlanan verilişlərdən gileylənib. O bildirib ki, efirlərə getməməsinin səbəbi dəvət olunan qonaqlardır:

"Adam var bir iş görüb, iki mahnı oxuyub, deyir məndən yoxdur. Sənətdəyəm... Deyirəm, sənətin qapısına əl vur, sonra. Sənətdən sənətə aidiyyatı olmayan adamlar danışır. Efirə yeni filmlərin premyerası ilə çıxırlar. Bu gün heç nəyə çəkilmirəmsə, niyə çıxım? Mənə nə haqda sual verəcəklər? Efirlərə elə adamlar gedir ki, orada, həmin kanala getmək istəmirəm. Hər şeyi hörmətsiz ediblər. Bəzi verilişlərə hirslənmək üçün baxıram. Əsəbiləşirəm, tez keçirdirəm, baxıram futbola, nostalji rus, xarici filmlərə... Onlardan aktyor oyunları öyrənirəm".

R.Balayev saçını rəngləyən kişi sənətçilərə irad bildirib:

"Adam var fikir edir ki, saçım ağarır. Gedib saçını qaraldır. Allah məsləhət bilsəydi, saçı bir rəng edərdi. Qadınlar saç rəngləyir, amma kişilər mənə çatmır. Soruşuram ki, niyə saçını qaraldırsan? Deyir, səhnə adamıyam. Qardaş, Allah məsləhət bilsəydi səni bir rənglə yola salardı. Çoxu da həcidir. Əvvəl tüksüz olursan, sonra tük çıxır, tünd olur, sonra saça dən düşür. Allaha qarşı çıxırsınız?".



Xəbərin oxunma sayı : 898




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap