Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?” - Ərdoğan

Tarix 18.05.22, 20:07

Font ölçüsü : - / +
bitmap-img6


“NATO müxtəlif axtarışlar içindədir. Bəzi addımlar da atılır. Ukrayna böhranının ardından regionda nümayiş etdirilən həmrəylik və əməkdaşlıq, səfərbər edilən resursları bir az gözlərimiz dolaraq, bir az da təbəssümlə izləyirik deyə bilərik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz illərdir yaxınlığında böyük münaqişələr yaşanmış NATO müttəfiqi kimi bu cür mənzərə ilə heç vaxt qarşılaşmamışıq. Müttəfiqlərimizdən yeganə gözləntimiz Türkiyənin də sərhədlərini qorumaq səylərinə eyni şəkildə yanaşmalarıdır. Müttəfiqlərimizdən həssaslığımızı anlamalarını, mümkündürsə, dəstək vermələrini gözləyirik. Bizim terror qruplarının hücumlarına qarşı sərhədlərimizi qorumaq həssaslığımız var.

PKK və İŞİD sərhədlərimizə yaxınlaşdığı dövrdə ölkəmizdəki hava hücumundan müdafiə sistemlərinin sökülüb aparıldığı günləri də unutmadıq. Şərtlər nə olur-olsun, biz ortaq tarix və mədəniyyət mirası ilə bağlı olduğumuz insanlardan üz çevirə bilmərik. Ancaq bu qarşımıza gələn hər təklifə sorğu-sualsız “hə” deyəcəyimiz anlamına da gəlmir. Həm PKK-YPG-yə istənilən dəstəyi verib, həm də NATO üzvlüyü üçün dəstək istəmək tutarsızlıqdır.

İsveçdə ən son edilənləri unutmadıq, 30 terrorçunu istədik, “verə bilmərik” dedilər. Siz terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz? NATO bir təhlükəsizlik təşkilatıdır. Bu təhlükəsizlik təşkilatını təhlükəsizlikdən məhrum etməyə biz “hə” deməyəcəyik. Bu səhv bir dəfə Yunanıstanla edildi. Müsəlman bir dəfə sancıldığı yerdən bir daha sancılmaz. İsveçdə hələ də yürüş edirlər. Bez parçaları ilə oradadırlar. Türkiyə artıq bu məsələyə onların baxdığı kimi baxmayacaq. Gəlin Türkiyənin haqlı əməliyyatlarına dəstək verin, ən azından, badalaq verməyin”, - deyə Türkiyə lideri bildirib.

Mənbə: Haber Global



Xəbərin oxunma sayı : 904




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap