“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI

Tarix 19.01.26, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin adları bəlli olub.

AzFakt.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi"ndə öz əksini tapıb.

Sənədə əsasən, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimovanın namizədliyi irəli sürülüb.

Dini konfessiyalar tərəfindən isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov namizəd kimi təqdim edilib.

Sənədə əsasən, Yayım Şurasında yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda Yayım Şurasının sədri filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimlidir. Şuranın üzvləri Həsən Cəfərov (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası), Azər Əliyev (gənclər təşkilatları), Azər Həsrət (Mətbuat Şurası), Vüqar Zeynalov (Sahibkarlar Şurası), Yusif Babanlı (idman federasiyaları), Salman Musayev (dini konfessiyalar), Sevil Yusifova (qadın cəmiyyətləri), Zemfira Qafarovadır (yaradıcılıq təşkilatları).

Yayım Şurasının üzvlərinin səlahiyyət müddəti 6 ildir.



Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap