Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Uğursuzluğun məsuliyyətini mən daşıyıram“ - Şenol Güneş

Tarix 08.09.21, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


"Bizim üçün həm oyun, həm də hesab cəhətdən çox çətin bir matç oldu. Oyunçular əllərindən gələni etdilər. Futbolçularımızın daha böyük uğurlar qazanmaq şansı var idi. Onlar istedadlıdırlar və xarakterləri güclüdür. Onlar hər cəhətdən nümunəvi oyunçulardır".

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş ötən gün DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzduqları matç haqqında danışarkən deyib. O, məğlubiyyətin və qrupdakı uğursuzluğun məsuliyyətini öz üzərinə götürüb.

"Bu görüşdə istədiyimiz oyunu oynaya bilmədik. Səhv seçimlər edildi, bunu özüm üçün deyirəm. Qrupda 15-16 xal qazanmalı idik, amma hazırda 11 xalımız var. Dünya çempionatının finalına çıxmaq şansımız hələ də qalır. Düzdür, lider olmaq şansı Niderlanddadır. Amma biz də 2-ci ola bilərik. Yarışla bağlı böyük ümidlərimiz var idi. İnsanlar ümidləri və xəyalları üçün yaşayır. Biz də xoşbəxtliyi hər kəs ilə paylaşmaq istəyirdik. Mənimlə bağlı edilən tənqidləri hörmətlə qarşılayıram. Bu qarşılaşmadan sonra hansı qərarı versəm, sizə açıqlayacağam. Qrupda ilk pilləni əldən verdiyimiz üçün məyusam. Azarkeşlərin haqqımda dediklərinə və yazılanlara hörmətlə yanaşıram. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Oyunçuların səylərinə və yaxşı niyyətlərinə şübhəm yoxdur. Fanatların etiraz etməsi normaldır. Amma rəhbərliyin bu məsələ ilə əlaqəsi yoxdur. Onlar indiyədək hər dəstəyi verib. Burada məsuliyyət daşıyan şəxs mənəm. Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir".



Xəbərin oxunma sayı : 889




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap