“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Veteranlar medal satan polkovnikdən narazıdırlar - Xəlil Cəlilov təşkilat rəhbərliyindən niyə bərk yapışıb?

Tarix 12.02.26, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


Veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun fəaliyyəti ilə bağlı hesabat tələb edirlər...

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Cəlil Xəlilovun idarəetmə prinsipləri təşkilatın nizamnamə və qaydaları ilə uzlaşmır. Xüsusən təşkilatın maliyyə xərclərindəki qeyri-şəffalıq, o cümlədən sədrin veteranların problemlərinə biganə yanaşması və saymamazlığı veteranlar arasında qəzəb doğurur.

AzFakt.com-a danışan mənbələrdən biri bildirib ki, Cəlil Xəlilov hələ təşkilatda sədr müavini olaraq çalışırkən adı müxtəlif korrupsiya qalmaqallarına qarışıb. Buna baxmayaraq o 2024-cü ildə təşkilata sədr gətirilib. 

“Əslində təşkilatın əksəriyyət üzvləri Cəlil Xəlilovun sədr seçilməsinin əleyhinə olub. Buna baxmayaraq, plenumda yekdilliklə seçilməsi elan olunub. Uzun illər təşkilatda sədr müavini çalışdığına görə, biz veteranlar onun hansı yuvanın quşu olduğunu da yaxşı bilirdik. Çünki müavin olaraq çalışdığı dövrlərdə faktiki olaraq sədrin səlahiyyətlərini mənimsəyərək təşkilat daxilində ədalətsizliyin simvoluma çevrilmişdi. Hazırda isə sədr C.Xəlilov təşkilatda veteranların problemlərinin həlli ilə deyil, öz maraqlarının təminatı üçün çalışır”, deyə şikayətçi mənbə bildirib.

Şikayətçi onu da qeyd edib ki, hazırda veteranların problemləri aşıb-daşsa da, bu problemlər C.Xəlilovu maraqlandırmır. 

“Təşkilatın xərcləmələri ümumiyyətlə qaranlıq bir otaqdır. Biz əminik ki, bu qaranlıq otağa işıq salınsa, o zaman çox böyük qanunsuz xərcləmələr ortaya çıxacaq. Ona görə də veteranlar təşkilatın maliyyə xərclərinin yoxlanılmasını və şəffaflıq yaradılmasını tələb edir. Biz istəyirik ki, Cəlil Xəliov veteranlar üçün gördüyü işlər barədə hesabat versin. Hər halda bu təşkilatömürü boyu səngər görməyən, isti kabinetlərdə oturan polkovnikin lüks həyat sürməsi üçün qurukmayıb”, deyə mənbə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkliatın ilk sədri general Dadaş Rzayev olub. 2016-cı ildən Cəlil Xəliov sədrin müavini olaraq çalışıb və o zamanlar artıq xəstə olan Dadaş Rzayevin yerinə təşkilatı idarə edib. 

Cəlil Xəlov Milli Ordunun zabiti olmayıb. O, 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib. “Ştab zabiti” olan, səngər görməyən, Milli Ordu sıralarında olmayan, Qarabağ müharibəsində bir gündə olsun iştirak etməyən birinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sədr müavini olması hələ həmin dönəmlərdə təşkilat daxilində narazılıqla qarşılanıb.

Yerli mətbuatda Cəlil Xəlilovun adı bir çox qalmaqalalrda hallanıb. Həmin qalmaqallardan biri də veteranlara döş nişanlarının verilməsi ilə bağlı olub. Belə ki, Cəlil Xəlova qarşı dön nişanlarının Qarabağ müharibəsində iştirak etməyən, ümumiyyətlə heç bir sahədə veteran olmayan insanlara satmasında ittiham olunub. Həmçinin Cəlil Xəlova qarşı təşkilatın nizamnaməsində nəzərdə tutulmayan veteran həmrəyliyi, Cəmşid Naxçıvanski, Həzi Aslanav, Əliağa Şıxlınski, Səmədbəy Mehmandarov medalarının bilinməyən şəxslərə satılması ilə bağlı ittihamlar da səsləndirilib. Bundan başqa sədr müavin işlədiyi illərdə müxtəlif maliyyə yeyintiləri ilə bağlı da yerli mətbuiatda çoxlu iddialar səsləndirili



Xəbərin oxunma sayı : 1177




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap