Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Wolt”un narkotik daşıyan kuryerləri tutuldu - VİDEO

Tarix 03.02.23, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


Səbail RPİ-nin 9-cu Polis Bölməsinin keçirdiyi tədbirlərlə paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətinin əməkdaşları - Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar.

AzFakt.com DİN-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, onların üzərində şəxsi axtarış aparılan zaman 6 qrama yaxın marixuana aşkar edilib.
İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.
Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib.
Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib. Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.
Qeyd edək ki, 9-cu Polis Bölməsinin keçirdiyi sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
DİN-in yaydığı fotolarda tutulan kuryerlərin “Wolt” şirkətinin gödəkcələrini geyindiyi görünür.




Xəbərin oxunma sayı : 805




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap