|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Xankəndiyə hələlik ona görə girə bilmirik ki...“ - Deputat
Tarix 06.08.21, 10:08 |
|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik.
- Qüdrət bəy, bir neçə həssas məsələyə münasibət bildirmənizi istərdik. Bəzi adamlar iddia edirlər ki, Xankəndinə girə bilmədiyimiz halda niyə Zəngəzurdan danışırıq, Ermənistanla sərhəddə gərginlik yaradırıq və s. Bu kimi fikirlərin nə qədər əsası var?
- Əvvəla, gərginliyi biz yox, Ermənistan yaradır. Dəfələrlə onları sərhədlərin delimitasiya və demarkasiya olunması üçün danışıqlara başlamağa çağırmışıq, amma bundan imtina edir, 10 noyabr 2020-ci il sazişinin yerinə yetirilməsindən yayınır, həmin sazişi öz istədikləri kimi şərh edirlər. Zəngəzur üzərindən Naxçıvanla kommunikasiya xətlərinin açılması da müqavilənin şərtlərindən biridir. Həmin adamların məntiqi ilə məsələyə yanaşsaq, gərək heç nə etməyək. Dediyiniz adamlar sığındıqları ermənipərəst dairələrin sifarişi ilə danışırlar. Ermənistana təzyiq etməsək, onlar mövcud vəziyyəti qoruyub saxlamağa çalışacaqlar. Necə ki, işğal etdikləri torpaqları öz nəzarətlərində saxlamaq istəyirdilər. Biz Azərbaycanın SSRİ dövründə mövcud olmuş və dünya birliyi tərəfindən tanınmış sərhədlərini bərpa etmək istəyirik. Hələlik buna tam nail olmamışıq. Görünür, Ermənistan danışıqlara başlamasa, güc tətbiq etməli olacağıq. Belə anlaşılır ki, onlarla yalnız zor dilində danışmaq lazımdır.
Xankəndinə isə, hələlik ona görə girə bilmirik ki, orda bizim razılığımızla Rusiya sülhməramlıları yerləşib. Buna razılıq verməklə Azərbaycan beynəlxalq birliyə nümayiş etdirdi ki, biz etnik təmizləmə siyasəti aparmırıq, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlardır və biz onlara güc tətbiq etmək istəmirik. Onların cəmiyyətimizə inteqrasiyasının zamanla baş tutacağına ümid edirik.
“Elçibəy rus qoşunlarını çıxarmışdı, İlham Əliyev geri qaytardı” kimi tezislər isə demaqogiyadan başqa bir şey deyil. Elçibəyin dövründə Qəbələ RLS-də rus hərbçiləri qalırdı, İlham Əliyevin prezidentliyi dövründə həmin RLS bağlandı və rus əsgərləri Azərbaycanı tamamilə tərk etdi. İkincisi, bu cür demaqoqlara qulaq asanlara bir daha təklif edirəm ki, Elçibəyin 1992-ci ildə Prezident kimi Rusiyanın ORT kanalına verdiyi müsahibəyə qulaq assınlar. Həmin müsahibə YouTube-da “17 avqust 2013-cü ildə Elçibəyin ORT-yə şok müsahibəsi” başlığı altında yerləşdirilib. Müsahibə zamanı Elçibəy deyir ki, biz Yeltsinlə sənəd paraflamışıq ki, İran-Azərbaycan sərhədlərini rus əsgərləri qoruyacaq, Rusiya ilə bizim aramızda isə sərhəd olmayacaq. Yaxud, Rusiyaya qarşı barışmaz mövqeyi ilə seçilən Saakaşvilinin, yenə də YouTube-da “Qenialnıy refermator!” (Dahi islahatçı!) başlığı ilə, bu il mayın 1-də yerləşdirilmiş çıxışına qulaq assınlar. Həmin çıxışında Saakaşvili qeyd edir ki, 2008-ci ilin əvvəlində o Rusiyaya təklif edib ki, ərazi bütövlüyü qarşılığında Rusiya ordusunu Gürcüstandan çıxarmasın və Gürcüstan Rusiya ilə müvafiq sazişlər imzalamaqla qərbyönümlü siyasətdən və NATO-ya üzv olmaqdan imtina etsin, amma Rusiya razılaşmayıb. Bütün bunları ona görə təkrar-təkrar xatırladıram ki, gənc insanlar qərəzli və zərərli təbliğatın təsiri altına düşüb, reallıq hissini itirməsin və bizim nə qədər böyük bir uğura imza atdığımızın fərqində olsunlar.
- Bəzi insanlar iddia edirlər ki, erməniləri Qarabağdan qovub çıxarmaq lazım idı. Onlar Azırbaycan vətəndaşı olmaq haqlarını itiriblər...
- Bu dünyada yalnız bizimlə ermənilər yaşamır. Beynəlxalq birlik, region dövlətləri var. Əgər biz erməniləri Qarabağdan tamamilə qovmaq istəsəydik, başqa ölkələr də münaqişəyə cəlb oluna bilərdi. Azərbaycana beynəlxalq sankisayalar tətbiq olunacaqdı. Bu halda nəticəsi bəlli olmayan müharibə uzanacaq və neftdən asılı olan iqtisadiyyatımız tamamilə çökəcəkdi. Belə müharibəyə girmək müdriklikdən çox uzaq olardı.
- Başqa dövlətlər Ermənistan tərəfdən müharibəyə qatılardısa, o zaman biz də Türkiyə və Pakistana kömək üçün müraciət edə bilərdik. BMT Nizamnaməsi ilə bizim belə bir hüququmuz var axı…
- Bir daha söyləyirəm, bizə geniş miqyasda sanksiyalar tətbiq olunacaqdı. İkincisi, bəlli deyil, həmin dövlətlər biləndə ki, Ermənistan 10 noyabr sazişinin şərtləri çərçivəsində atəşin dayandırılmasına razıdır, ancaq biz müharibəni davam etdirmək istəyirik, onlar müharibəyə bizim tərəfdən qoşulacaqdılar, ya yox… Həm də gəlin baxaq, görək regionun, o cümlədən dünyanın böyük dövlətlərinin iştirakı ilə Qarabağda aparılan savaş bizim mənafelərimizə nə dərəcədə cavab verərdi?
- Axı Türkiyə bəyan etmişdi ki, sona qədər Azərbaycanın yanında olacaqdır və başqa dövlətlər müdaxilə etsə, o kənarda qalmayacaq...
- Daxilən əminəm ki, bu cür açıqlamalar Ermənistanı 10 noyabr sazişinə imza atmağa məcbur etmək, daha çox qan tökülməsinin qarşısını almaq məqsədi daşıyırdı. Türkiyə bizim təbii müttəfiqimiz kimi Azərbaycanın nə vaxt dayana biləcəyini bilirdi. Ona görə də, heç kim qərəzli və öyrədilmiş bir neçə adamın qıcıq doğuran açıqlamalarına fikir verməməlidir. İlham Əliyev realist siyasətçi kimi mövcud vəziyyətdə işğala son qoyulması üçün mümkün olan hər şeyi edib. İndikindən daha yaxşı variantı gerçəkləşdirmək mümkün olsaydı, o, bunu mütləq edərdi. Baxın, Qərbin dəstəklədiyi və ərazi bütövlüyünə zamin durduğu Ukraynaya, yaxud Gürcüstan və Moldovaya. Onu da nəzərə almalıyıq ki, Qərb xristian ölkələri arasında münaqişə baş verərkən ədalətli görünmək istəsə də, Qarabağ münaqişəsi zamanı bizə münasibətdə buna heç bir ehtiyac hiss etmədi.
- Qüdrət bəy, bir çoxları kimi siz də Jirinovskini Putinin sözçüsü kimi qəbul edirsiniz?
- Özünə hörmət edən dövlət başçısı o cür qeyri-ciddi adamı nə rəsmi, nə qeyri-rəsmi formada özünün sözçüsü etməz. Mən bu barədə deyilənlərə inanmıram. Kremldən kimsə onun qulağına nəsə pıçıldaya bilər. Orda da müxtəlif maraqlara qulluq edən adamlar var.
- Qayıdaq 10 noyabr sazişinə… Ermənistan müqavilənin şərtlərinə əməl etməsə, nə etməliyik?
- Mən bu məsələ barədə danışmışam. Ermənistanın qarşısında dəqiq vaxt qoymalıyıq ki, bu müddətdə masa arxasında oturmasan və Azərbaycanın ərazi bütövlüyünü tanımasan, saziş tərəfimizdən qüvvədən düşmüş elan olunacaq. Həmişə söyləmişəm ki, Ermənistanla sülh sazişi daha çox Rusiyadan asılıdır. Rusiya desə ki, “Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi səbəbindən saziş qüvvədən düşmüş elan olunacağı təqdirdə mən sülhməramlı qüvvələri Qarabağdan çıxarmalı olacam”, qısa bir müddətdə məsələ öz həllini tapar, bölgəyə sülh gələr. Amma təəssüf ki, hələlik biz bu mövqeni görmürük. Rusiya istəsəydi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə müddəanı 10 noyabr sazişinə daxil edərdi. Münaqişə dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, Azərbaycan Ermənistanla ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıdır. Amma bizim istədiyimiz başqa, reallıqlar başqadır. Hazırda biz Rusiyanı inandırmalıyıq ki, münaqişənin həlli Rusiyanın maraqlarına uyğundur və bu, digər sovet respublikalarının da Rusiyaya münasibətini yaxşı mənada dəyişər, onun beynəlxalq imicini yaxşılaşdırar. Rusiya Azərbaycanın timsalında özünə əbədi etibarlı dost qazanmış olar. Mayası xəyanətdən yoğrulmuş Ermənistana görə Azərbaycanla münasibətləri korlamağa dəyməz.
- Əli Kərimli son açıqlamasında yenə də ondan imtina etmiş adamları xəyanətdə suçlayıb. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı...
- Şizofreniyanın birinci əlaməti özünütənqid hissinin itməsidir. Elçibəyin dünyasını dəyişməsi ərəfəsində AXCP-nin İdarə Heyətinin 19 üzvündən biri belə onun yanında qalmadı. Hər kəs kiçik bir araşdırma aparıb buna əmin ola bilər.
Əvvəla, 2001-ci ilin aprelində Qarabağa dair Ki Uest (Key West) şəhərində, Florida ştatında, ABŞ-da aparılan danışıqlar zamanı o ABŞ səfirinin tapşırığı ilə elan olunmuş mitinqi təxirə saldı və hamı əmin oldu ki, o kənardan idarə olunur.
İkincisi, zamanla hamı əmin oldu ki, dil-dil ötən bu adamın güclü siyasətçilərə xas olan dərin strateji düşüncəsi yoxdur və reallıq hissini itirib. 2000-ci ilin parlament seçkiləri bunun bariz nümunəsi oldu. Əvvəl dedi parlamentə getmirəm və bu barədə xalqın gözü qarşısında sənəd imzaladı, sonra görəndə ki, çevriliş ehtimalı yoxdur, qaçıb oturdu parlamentdə. O, ən etibarlı adamı, daima Rusiya və İran əleyhinə yazılar yazan Qənimət Zahidi İran və Rusiyaya göndərəndə isə bəlli oldu bu adamın heç bir aydın siyasi xətti yoxdur, hakimiyyətə gəlmək üçün hər kəslə əməkdaşlığa və ölkənin maraqlarını hər an satmağa hazırdır.
Zamanında onu yersiz radikallıqdan çəkindirmək üçün deyirdim ki, cəmiyyətimizdəki bütün problemləri iqtidara bağlamaq düzgün deyil, böyük dəyişikliklərə xalq hazır olmalıdır. Azsaylı tərəfdarlarımızı iqtidarla qarşıdurmaya çəkib məhrumiyyətlərlə üz-üzə qoymaq qəhrəmanlıq deyil. Xalq yeni dövrə hazır olsaydı, heç Elçibəyin devrilməsinə imkan verməzdi. Radikallıqdan imtina edib, iqtidarla əməkdaşlıq yolu ilə cəmiyyətin inkişafına töhfə vermək lazımdır. İndi, iyirmi ildən sonra deyir ki, dəyişikliklər xalqdan asılıdır. İqtidarın imtina etdiyi, imkanları ilə iddiası üst-üstə düşməyən bu dayaz təfəkkürlü və sürüşkən siyasi mövqeli adam hazırda ondan imtina edənləri aşağılayır, özündən qəhrəman düzəltmək istəyir.
Gənc nəsil sonradan böyük məyusluq yaşamamaq, ölkəmizə problemlər yaratmamaq üçün populist çıxışların ardınca getməməli, həmin çıxışların müəlliflərinin kimliyini Xalq Hərəkatının tarixini və Müstəqillik tariximizi həm yazılanlardan, həm canlı şahidlərlə söhbət etməklə diqqətlə öyrənməli, sonra seçim edib, qərar verməlidir. Əli Kərimli artıq Azərbaycanın keçmişidir.
Xəbərin oxunma sayı : 679
Müsahibə
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV