“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO

Tarix 12.05.25, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


“İçərisində yaşayış olan binamızda söküntü işləri aparılır. Binanın infrastrukturu dağıdılıb, yaxın günlərdə liftlərin də işləməyəcəyini deyərək sakinlərə psixoloji təzyiq edirlər”.

Bu iddia ilə “Qafqazinfo”ya Bakının Səbail rayonu - Bayraq meydanının qarşısında Mikayıl Useynov küçəsi 14 ünvanında yaşayan Abasağa Hüseynov müraciət edib. 

Şikayətçinin sözlərinə görə, ərazidə dövlət layihəsinin icrası ilə bağlı söküntü işlərinin aparılacağı deyilsə də, heç kim sakinlərlə rəsmi razılığa gəlməyib: “Dəfələrlə binamızın sökülərək yerində yeni binanın tikintisi və ya dövlət əhəmiyyətli layihənin inşası ilə əlaqədar müxtəlif məlumatlar verilib. 2025-ci ilin aprel ayında Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi binamıza gələrək ərazidə dövlət layihəsinin planlaşdırıldığını bildirdi və şifahi olaraq orta statistik dəyərdən dəfələrlə az qiymət təklif etdi. 

Ancaq rəsmi olaraq heç bir müraciət, təklif və ya alternativ variant olmadı. Elə bil, məhəlləyə bomba atılıb. Bizə heç olmasa, rəsmi olaraq desinlər ki, ya ərazidə yeni bina tikiləcək, ya yaxınlıqda ev veriləcək. Bilmirik aqibətimiz necə olacaq...”

Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Mikayıl Useynov küçəsi 14 ünvanında yerləşən yaşayış binası uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Əlavə olaraq qeyd edirik ki, həmin binada yerləşən qeyri-yaşayış sahəsində söküntü işləri mülkiyyətçi tərəfindən aparılıb”.








Xəbərin oxunma sayı : 634




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap