Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Yalançı bir xəritəyə görə erməni terrorçularını azad etdik“ - Aqil Abbas

Tarix 27.08.21, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


"Müdafiə Nazirliyi belə çıxış etməməlidir, ayıbdır"

"Biz torpaqlarımızda təxribat törədən erməni terrorçularını buraxdıq. Yalançı bir xəritəyə görə onları azad etdik. Hansı ki ermənilərin bizə verdiyi xəritələr yalandır”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas modern.az-a deyib.

"Rusiya sülhməramlılarına ultimatium verilməlidir"

Azərbaycan hərbçisinin Ağdərədə əsir götürülməsinə münasibət bildirən deputat Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə günahlandırıb: "Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da. Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma Milli Təhlükəsizlik Xidməti deyir ki, həmin hərbçi guya "Arsax”ın sərhəddini keçib. "Arsax”ın sərhəddi var? Bu nə deməkdir? Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar? Ən pisi budur, Müdafiə Nazirliyi deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı öz başına tərketməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar? Bundan başqa, Rusiya sülhməramlılarının qarşısında ciddi məsələlər qoyulmalıdır, ultimatium verilməlidir. Ya işinizi görün, ya da çıxın gedin”.

Deputatın sözlərinə görə, Azərbaycan hərbçinin geri qaytarılmasını tələb etməlidir: "Qaytarmasalar, gedib onu azad etməlidirlər, Ağdərə öz ərazimizdir. Saxlanılan şəxs bizim vətəndaşımızdır. Müdafiə Nazirliyi belə çıxış etməli deyil ki, onun haqqında cinayət işi qaldırmışıq, ayıbdır, vallah ayıbdır”.

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə ermənilər tərəfindən əsir götürülüb.  

Açıklama yok.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. 

Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.












Xəbərin oxunma sayı : 1162




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap