Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Zəfər Salnamə”sinin başlanğıcı – 27 Sentyabr-Anım günü

Tarix 26.09.21, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın günlərdə xalqımız 27 sentyabr – Milli anım gününü qeyd edəcək. Nə qədər inanmaq çətin olsa da artıq 44 günlük Şanlı müharibəmizin üstündən bir il ötüb. Sözsüz ki, həmin 44 günün hər anı Azərbaycan xalqının yaddaşına silinməz mürəkkəblə həkk olunub. Bəlkə də buna görə həmin tarixdən bir il ötdüyünə inanmaq çətindir.

27 sentyabr 2020-ci il saat 12:00 radələrində Ali Baş Komandan xalqa müraciət edərək Ermənistanın cəbhəboyu ərazilərimizdə genişmiqyaslı təxribat törətdiyini və nəticədə həm hərbi qulluqçularımız, həm də mülki vətəndaşlarımız arasında itkilərimizin olduğunu bildirdi. Eyni zamanda
Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçdiyini bildirən ölkə başçımız artıq bir neçə kəndin işğaldan azad olunduğu barədə məlumat verdi. Həmin gündən etibarən ölkədə hər bir vətəndaş
bütün gündəlik qayğılarını, problemlərini bir kənara qoyaraq cəbhədən gələn xəbərlərə kökləndi.  Çox şükür ki, gələn xəbərlər bizləri sevindirdi, Ordumuzla və Ali Baş Komandanımızla bir daha fəxr etməyimizə səbəb oldu. Tədadüfi deyil ki, həmin günlərdə ölkə başçımızın tvitter səhifəsinin izləyiciləri də bir anda yüz minlərlə izləyici qazandı. Çünki, prezidentimiz işğaldan azad olunan ərazilərimiz barədə öz tvitter hesabında məlumat verirdi. Beləliklə, heç bir şübhə olmadan demək olar ki, ötən ilin sentyabr-
noyabr ayları Azərbaycanın tarixinə xalq-ordu-iqtidar birliyinin ən yüksək təzahürü kimi düşdü. Ölkədə kimliyindən, yaşından, sosial vəziyyətindən, siyasi düşüncəsindən asılı olmayaraq hər bir kəs birlik oldu, Ordusuna və Ali Baş Komandanına dəstək durdu. Əlbəttə ki, bu gözlənilən idi. Çünki, Qarabağ məsələsi heç vaxt hansısa bir qrupun ya da sadəcə bəlli bir kontingentin məsələsi olmayıb. Qarabağ bütün Azərbaycanın şərəf məsələsi idi. İllərdir milli heysiyyatımıza toxunan, həll olunması üçün səbrsizlik etdiyimiz bir məsələ idi. Bu məqamda Prezident İlham Əliyevin bir fikri yada düşür: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”. Bəli, xalq səbrsizlik etsə də ölkə başçımız təmkinlə əlverişli
şəraitin gəlib çatmasını gözlədi. Və nəticədə o gün çatdı. 27 sentyabr 2020-ci il! Əlbəttə ki, bu demək deyil ki, Azərbaycan müharibə istəyirdi. Xeyr, Azərbaycan sülh tərəfdarı bir ölkədir və hər şeydən öncə öz vətəndaşlarını itirmək istəməyən bir ölkədir. Amma baş verən hadisələr, illərdir gedən proseslər sonda müharibəni qaçılmaz etdi. 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə Ümumerməni Oyunlarında çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, daha sonra
Azərbaycana qarşı irəli sürdüyü 7 qəbuledilməz şərt, Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələməsi, Tovuz istiqamətində baş verən təxribat, ötən ilin avqustunda uğursuzluqla nəticələnən diversiya cəhdi və daha bir çox hadisələr sonda səbr kasasını daşırdı və Azərbaycanı “köhnə ərazilər üçün yeni müharibə”yə məcbur etdi. Müharibə bütün bu hərəkətlərə ən tutarlı cavab oldu. Sübut olundu ki, Qarabağ Azərbaycandır və nida.
Qarabağ Azərbaycanın heysiyyat, milli qürur, şərəf məsələsidir. Həmin günlərdə hətta o torpaqlarda heç vaxt olmayan gənclərimiz belə sanki öz evini, ailəsini qoruyurmuş kimi canını dişinə taxaraq mübarizə
apardı və nəticədə Ermənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Qısaca, qaçınılmaz sona gəlib çatdıq. Azərbaycan tarixi
ədaləti,  ərazi bütövlüyünü bərpa etdi, 30 illik zülmə son qoydu, BMT-nin düz 27 il kağız üstündə qalan qətnamələrini özü, öz gücünə icra etdi. Təbii ki, bu asan olmadı. 44 gün ərzində dostu da, düşməni də,
riyakarlığı da, qardaşlığı da bir daha gördük. Yanımızda olanlarla, qarşımızda duranlar bir daha özünü göstərdi. 30 il ərzində öz missiyasını həyata keçirməkdən aciz olan təşkilatların, həmin günlərdə işğalçıya necə dəstək durmağa çalışdığını heyrətlə izlədik. Xüsusilə, Fransa kimi missiyası Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç üzvündən biri olan ölkənin işğalçıya açıq dəstək
verməkdən çəkinməməsi bizləri təəccübləndirdi. 

Əlbəttə ki, Azərbaycan xalqı və rəhbərliyi Fransanın illərdir davam edən ermənipərəst mövqeyinin fərqində idi amma Fransa prezidenti Emmanuel Makronun sərsəm bəyanatları yenə də bizi təəccübləndirməyə bilməzdi. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransanın dövlət başçısının Qarabağın
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi olduğunu görməzdən gələrək Qarabağın fəth edilməsinə yol verməyəcəyik kimi sərsəm fikir səsləndirməsi həqiqətən də maraqlı və bir o qədər
inanılması mümkün olmayan vəziyyətdir. Təbii ki, bunun səbəbləri ilə bağlı fərqli və olduqca əsaslı fikirlər səsləndirmək olar amma yəqin ki, buna ehtiyac yoxdur. Real olan yalnız bir həqiqət var ki, Azərbaycan müstəqil dövlətdir və onun ərazi bütövlüyü bütün dünya və o cümlədən, Fransa tərəfindən tanınıb. Və Fransanın indiki mövqeyi tarixən qəbul etdiyi və imzası ilə təsdiq etdiyi öz fikirlərinə belə hörmətsizlikdir. Bu da son deyil. Müharibə yekunlaşdıqdan sonra Kanada, Lüksemburq kimi bölgə ilə
heç bir əlaqəsi olmayan dövlətlər belə Azərbaycanın daxili işinə qarışaraq yersiz, əsassız, tarixi reallığa köklənməyən bəyanatlar verdi. Amma bu mənasız cəhdlərin hər biri ölkə başçımız tərəfindən qəti şəkildə cavablandırılaraq, neytrallaşdırıldı. Beləliklə, artıq müharibənin başlamasının bir illiyini qeyd edəcəyimizə çox az qaldığı bir dövrdə reallıq onu göstərir ki, hansı ölkənin nə deməyindən, nə istəməyindən  asılı olmayaraq Azərbaycan öz torpaqlarını işğaldan azad edib və indi həmin zonada güclənir. Həmin ərazilərdə yenidənqurma, bərpa-quruculuq işləri həyata keçirir və görülən işlərlə bağlı xeyli irəliləyiş də əldə edib. Azərbaycanın gücü Ermənistanı və onu dəstəkləyən, ona havadarlıq edən
ölkələri sözün əsl mənasında məyus edib.  Hər nə qədər çırpınsalar da, ortaya “status”, dəhlizin yolverilməzliyi kimi arxasında dura bilməyəcəkləri fikirlər atsalar da onlar da bilir ki Azərbaycanın
“dəmir yumruğ”u yerindədir və lazım gələrsə o bir daha Ermənistanın başına enəcək. Üstəlik ən sərt formada. Bundan sonra Ermənistanda səsləndirilən hər revanşist fikir onların özləri üçün məhvə gedən
yol ola bilər. Sonluğu qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Milli Məclisində səsləndirdiyi bir fikir ilə yekunlaşdırmaq istərdim. Fikrimcə bu fikirlər Azərbaycanın
möhtəşəm Zəfərini ifadə etməyin ən gözəl yolu olacaqdır. “Bu Zəfərdən heç kim narahat olmasın. Çünki bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir”.

Nurağa Rüstəmov



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap