Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ağalı kənd sakinlərinin məşğulluğunun təminatı ilə bağlı tədbirlər görülür - FOTO

Tarix 04.08.22, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin həlli istiqamətində işlər davam etdirilir.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının əməkdaşları kəndin sakinləri ilə növbəti görüşlər keçirib. Onlar Ağalı kəndində fəaliyyət göstərən müəssisələrin təklif etdiyi vakansiyalar, Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumatlandırılıb.

Kənd sakinlərinin artıq bir hissəsi  əmək müqaviləsi əsasında işlə təmin olunub. Digər şəxslərin işlə təmin edilmələri üçün məlumatları işəgötürənlərə göndərilib. Artıq işəgötürənlər tərəfindən namizədlərlə görüşlərin keçirilməsinə başlanılıb. Kənddə fəaliyyət göstərən işəgötürənlərlə də görüşülüb, Agentliyin işəgötürənlərə yönələn proqramları barədə məlumatlar verilib.

Son vaxtlarda kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib və onlar üçün biznes təlimləri təşkil olunub. Yaxın günlərdə həmin sakinlərə özünüməşğulluq proqramı çərçivəsində xidmət və istehsal sahələri üzrə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılacaq.

Kənd sakinləri üçün peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının bu kənddə də icrası nəzərdə tutulub.





Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap