“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

AAYDA-da “Həmzəyev piramidası“ - Məmmədov “yağlı” vəzifələri maliyyə rəsinin qohumlarına tapşırıb

Tarix 09.02.26, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Nəsirli təyin olunub. Yerli mediada adıçəkilən qurumda baş verən nöqsanlarla bağlı məlumatlar paylaşılır və AAYDA rəhbərliyi tərəfindən hələ ki, təkzib olunmayıb.

Məlumatlarda AAYDA-danın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin bir neçə ay əvvəl övladına dəbdəbəli toy mərasimi keçirməsi ilə gündəmə gəldiyi xatırlanır. Qeyd olunur ki, Həmzəyev Agentlikdə “ailə podratı” qurub. Onun yaxın qohumları müxtəlif yüksək vəzifələrdə çalışır:

Zaur Həmzəyev – əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;

Araz Bəndəliyev – xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;

Toğrul Həmzəli – qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;

Təhminə Həmzəyeva – bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;

Mətanət Həmzəyeva – bacısı, “Azəryolİlmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi;

Dilavər Həmzəyev – yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;

Ustubat Niftəliyev – yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.

İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.



Xəbərin oxunma sayı : 856




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap