Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

ABŞ Avropanın daha bir neçə ölkəsindən hərbi kontingentini çıxarır - “Bloomberg“

Tarix 09.05.26, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin NATO üzrə müttəfiqləri hesab edirlər ki, Vaşinqton 5 min hərbçinin Almaniyadan çıxarılması ilə kifayətlənməyəcək, Avropada hərbi kontingentini daha da azaldacaq.

Bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.

"NATO-ya üzv ölkələrin diplomatları ehtimal edirlər ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbçilərini İtaliyadan da çıxara bilər. Eləcə də Birləşmiş Ştatlar Almaniyada uzaqmənzilli silahların yerləşdirilməsi planlarından imtina edə bilər. İspaniyada isə hərbi mövcudluğun azaldılması istisna edilmir.

Digər mümkün ssenarilər Vaşinqtonun NATO-nun bəzi hərbi təlimlərində iştirakdan imtina etməsi və hərbçilərin ABŞ-nin narazılığına səbəb olan ölkələrdən Amerika liderinə daha loyal olan dövlətlərə köçürülməsidir.

ABŞ rəhbərinin NATO-dan məyusluğu barədə bəyanatları Tramp və Avropa ölkələrinin rəhbərliyi arasındakı çoxdankı gərginliyi daha da dərinləşdirib", - deyə agentliyin materialında qeyd olunub.

Qeyd edək ki, aprelin 29-da ABŞ prezidenti bəyan edib ki, Vaşinqton Almaniyadakı hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir və tezliklə bu barədə qərar qəbul edəcək. O, administrasiyanın niyə belə addım atacağını açıqlamayıb. Lakin belə mövqe Almaniya Kansleri Fridrix Mertsin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını tənqid edəndən sonra gündəmə gəlib.

Mayın 1-də isə ABŞ-nin Hərbi Nazirliyi (Pentaqon) 5 min amerikalı hərbçinin Almaniyadan çıxarılacağı barədə açıqlama yayıb. Qoşunların çıxarılmasının növbəti 6-12 ay ərzində başa çatdırılması gözlənilir.



Xəbərin oxunma sayı : 1192




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap