Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ Donbası Rusiyanın işğalından azad etmək istəyib - Saakaşvilidən maraqlı açıqlamalar

Tarix 18.07.21, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili ABŞ-ın Donbası Rusiyanın işğalından azad etmək planı barədə danışıb.

AzFakt.com xəbər verir ki, Saakaşvili ABŞ Mərkəzi Komandanlığının keçmiş rəisi, general Devid Petreusun belə bir planının olduğunu iddia edib.

O, amerikalı generalın Donetski azad etmək üçün plan hazırladığını və Ukraynanı şəhərə hücum etməyə çağırdığını bildirib. Onun sözlərinə görə, bu plan 2014-cü ildə irəli sürülüb.

Saakaşvilinin dediyinə görə, Petreus Ukraynanın bu hücumun öhdəsindən gələ biləcəyini bildirərək, Donetskin geri qaytarılmasında israr edib. Eks-prezident onu “Əfqanıstan və İraq savaşlarının qalibi və ən görkəmli modern general” adlandırıb.

Mixail Saakaşvili ABŞ generalının planı barədə keçmiş prezident Petro Poroşenkoya məlumat verdiyini, amma qarşı tərəfin buna heç bir reaksiya vermədiyini iddia edib. Keçmiş dövlət başçısı ilə telefon danışığında onunla Amerika hərbçilərinin təklifini müzakirə etməyə çalışıb, amma Poroşenko söhbətdən yayınıb./Teleqraf



Xəbərin oxunma sayı : 790




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap