Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ və İsrailin İrana hücumu bir həftə təxirə salınıb - Bu səbəbdən

Tarix 02.03.26, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ mərkəzli "Axios" nəşrinin yaydığı məlumata görə, ABŞ və İsrail İrana qarşı planlaşdırdıqları hücumu bir həftə əvvəl həyata keçirməyə hazırlaşsalar da, əməliyyat və kəşfiyyat səbəblərinə görə bunu təxirə salıblar.

Nəşr yüksək vəzifəli ABŞ və İsrailli mənbələrə istinadən bildirir ki, hücum ilkin olaraq fevralın 21-i, şənbə gününə planlaşdırılmışdı. Mənbələrdən biri gecikmənin hava şəraiti ilə bağlı olmadığını, digəri isə qərarın ABŞ tərəfinin təşəbbüsü ilə verildiyini qeyd edib. Bildirilib ki, Vaşinqton İsrail Müdafiə Qüvvələri ilə daha yaxşı koordinasiyanın vacib olduğunu düşünərək əməliyyatı ertələyib.


Məlumata görə, hücum planı İranın Ali Lideri Əli Xamenei və onun oğullarının hər şənbə günü yüksək vəzifəli rəsmilərlə keçirdiyi toplantıları hədəf almağı nəzərdə tuturdu. Rəsmilər planlaşdırılan tarixdən faktiki hücuma qədər Xameneinin iqamətgahından yeraltı sığınacağa enməsi ehtimalı ilə bağlı narahatlıqların artdığını bildiriblər. ABŞ rəsmilərindən biri onun sığınacağa enməməsini “sürpriz” adlandırıb.

Hesabatda həmçinin qeyd olunur ki, hücumun gecikdirilməsi İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında aparılan danışıqlara əlavə vaxt qazandırıb. Bir İsrailli rəsmi danışıqların yalnız yeni hücum tarixinə qədər vaxt udmaq məqsədi daşıdığını və İran tərəfinin diplomatik yolun açıq olduğuna inanması üçün aparıldığını iddia edib.

Digər İsrailli rəsmi isə görüşmələrin səmimi keçdiyini və Cenevrədə irəliləyiş əldə olunsaydı, hücumun yenidən təxirə salına biləcəyini bildirib. ABŞ rəsmisi isə İranın Vaşinqtonun təqdim etdiyi təklifi qəbul etmədiyini və bundan sonra artıq hazırlıqları tamamlanmış ABŞ və İsrailin əməliyyata başladığını vurğulayıb.



Xəbərin oxunma sayı : 1183




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap