Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Abşeron rayon Məmmədli kəndində qanunsuz tikintilər - Makler Ceyhun Mirzəyevi hansı məmur himayə edir?

Tarix 11.02.26, 15:24

Font ölçüsü : - / +
bitmap-img6


Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikib satan makler Ceyhun Mirzəyevi hansı məmurlar himayə edir?

Son illər Paytaxt və ətraf rayonlarda kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikilməsi halları çoxalıb. Qanunverciliyə görə bu təyinatlı torpaqlar yalnız əkin sahəsi üçün istifadə olunar. Ancaq ev tikintisi ilə məşğul olan bir çox makler-işbazlar yerli icra hakimiyyətləri ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda həyət evləri tikərək satırlar.


AzFakt.com-a daxil olan məlumata görə Abşeron rayon Məmmədli kəndində də kənd təsərrüfatı təyinatı torpaqlarda həyət evlərinin tikilməsi sürətlə aparılır. 

Qeyd edilir ki, Ceyhun Mrzəyev adlı makler Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikərək satışını həyata keçirir. Ceyhun Mrzəyev ev satdığı şəxslərə kənd təsərrüfatı təyinatı torpaq üçün verilən çıxarışı təqdim edir. 


Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” qanunsuz tikinti aparan Ceyhun Mrzəyev tikdiyi evlərə su, işıq və qaz sayğacları da quraşdıra bilir. Məlumata görə Ceyhun Mirzəyev Abşeronda yerləşən “Azərişıq”, “Azərsu” və “Azərqaz”-ın rayon şöbələri ilə “anlaşaraq” bu sayğacları alır. Adıçəkilən şəxsin Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda xeyli sayda qanunsuz ev tikərək satdığı deyilir. Məlumatda qeyd edilir ki, Ceyhun Mirzəyev arxasında ciddi məmurların dayandığını özü etiraf edir. Əgər bu belə olmasaydı Məmmədli kəndində inşa edilən qanunsuz həyət evlərinin tikintisinə Dövlət Şəhərsalma və Arxektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müdaxilə edərdi. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda aparılan qanunsuz tikintilərlə bağlı reportajımızı oxuculara təqdim edəcəyik.  



Xəbərin oxunma sayı : 2566




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap