Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Adambaşına 116 dollar: Qeyri neft-qaz ixracı Azərbaycana rekord gəlir gətirdi - FOTO

Tarix 30.07.21, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci ilin altı ayı ərzində Azərbaycanın 8,8 milyard dollarlıq ümumi ixracının 1,2 milyard dolları qeyri-neft sektoru üzrə olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13,2 faizə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracında artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk altı ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin altı ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat - pomidor (123,6 milyon dollar) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121,9 milyon dollar), qızıl isə üçüncü (107,9 milyon dollar) yerdə qərarlaşıb.





Xəbərin oxunma sayı : 484




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap