“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO

Tarix 08.05.26, 13:16

Font ölçüsü : - / +
bitmap-img6


Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.

Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedici sənədləri olmayıb və yararlılıq müddəti bitib.

Bu isə bir sual yaradır: saxta kürü nədir və onun insan sağlamlığı üçün hansı zərərləri var?

AzFakt.com xəbər verir ki, qida eksperti Ağa Salamov Baku TV-yə bildirib ki, kürü növləri bir-birindən fərqlənir: "Məsələn, alginatdan hazırlanan kürülər var. Bunlar təhlükəli hesab olunmur. Alginat dəniz yosunundan əldə edilən maddədir. Maye formasında olur və onun içinə damcı şəklində müxtəlif əlavələr, məsələn, şirələr əlavə etməklə kürü əldə etmək mümkündür. Bu məhsullar əsasən veqanlar üçün nəzərdə tutulur və ucuz sayılmır. Çünki alginatın özü kifayət qədər bahalı məhsuldur.

Təbii kürünü ayırd etməyin yolları da var. Təbii kürü ağızda asanlıqla partlayır və dəniz dadı hiss olunur. Jelatindən hazırlanan süni kürülər isə elastik olur, ağızda gec partlayır. Nəzərə almaq lazımdır ki, belə məhsulların tərkibində süni qida boyaları və konservantlar olur. Bu isə insan orqanizmində müxtəlif fəsadlara səbəb ola bilər".





Xəbərin oxunma sayı : 1066




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap