Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Almaniya anti-Rusiya cəbhəsində fəallaşır – Ukrayna ən müasir silahları verməyə hazırlaşır

Tarix 31.03.22, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


“Almaniya Ukraynaya azı 200 adda silah, sursat, hərbi ləvazimat təklif etməyə hazırlaşır. Önəmli detal budur ki, bunlar Almaniya hərbi-sənaye müəssisələrinin təqdim etdiyi ən yeni məhsullar olacaq”.

AzFakt.com xəbər verir ki, bu barədə siyasi təhlilçi Şahin Cəfərli məlumat verib. "Siyahıda ümumilikdə 308 milyon avroluq məhsul - toplar, minaatanlar, kəşfiyyat dronları, radarlar, gecəgörmə cihazları və s. var, Ukrayna hökuməti nələrə daha çox ehtiyac duyduğunu özü seçəcək, ödəniş isə Avropa Birliyinin ayırdığı 1 milyard avroluq hərbi yardım paketindən ediləcək", - ekspert qeyd edib.

Təhlilçi əlavə edir ki, bu qərar Ukrayna savaşı başladıqdan sonra Almaniyanın xarici və müdafiə siyasətində baş verən radikal dəyişikliyi, ölkənin bu sahədə 23 illik Şröder-Merkel mirasından sürətlə uzaqlaşdığını göstərir: "Bu 2 sabiq kansler Rusiya ilə çox sıx iqtisadi kooperasiyaya getmişdilər və Putinin geopolitik ambisiyalarını legitim sayırdılar. "Qazprom" Almaniya siyasətində mühüm faktora çevrilmişdi, Rusiya kəşfiyyatı bu ölkədə özünü çox rahat hiss edir və hətta Berlinin mərkəzində siyasi qətl törədirdi, Zəlimxan Xanqoşvili öldürüldü, rusiyayönümlü siyasi qüvvələr - AfD, Die Linke ildən-ilə bəslənib, böyüdülürdü".

Açıklama yok.

Ş.Cəfərlinin sözlərinə görə, Ukraynada 2014-cü il hadisələrindən sonra NATO-nun həmin il keçirilən zirvə toplantısında üzv ölkələrdə hərbi xərclərin ÜDM-in 2%-i həddinə çatdırılması haqda qərar verilməsinə baxmayaraq, Merkel öz hakimiyyətinin sonuna qədər bu qərarı icra etmədi, baxmayaraq ki, Almaniya büdcəsinin imkanları buna rahatlıqla imkan verirdi. Ekspert xatırladır ki, Krımın işğalı və Ukraynanın şərqindəki qanlı hadisələrdən sonra Merkel Putinlə yeni enerji layihəsinə - "Şimal axını-2" - başlayaraq onu mükafatlandırdı, 2008-ci il NATO zirvəsində isə o, Sarkozi ilə bərabər Gürcüstan və Ukraynaya Üzvlük üzrə Fəaliyyət Planı verilməsinə veto qoyaraq Putini Gürcüstana hücuma həvəsləndirmişdi: "Yeni kansler Olaf Şolzun Bundestaqda 27 fevral 2022-ci il tarixli çıxışı tarixi dönüş anıdır. Şolz Bundesverin (alman ordusu) ehtiyacları üçün 100 milyard avro ayrıldığını və ordunun çox sürətlə ən müasir silah sistemləri ilə təchiz olunacağını açıqladı. Almaniya hökuməti Merkelin ölkənin boğazına keçirdiyi rus enerji asılılığı ilgəyindən tezliklə xilas olmağı qərarlaşdırıb. Bu ilin payızına qədər Rusiya kömüründən imtina edilməsi, ilin sonuna qədər Rusiyadan alınan təbii qazın üçdə iki həcmdə azaldılması hədəfi qarşıya qoyulub. Sürətlə 2 LNG terminalı inşa olunacaq. Dünən "Qazprom"un Almaniyadakı ofislərində AB anti-inhisar xidmətinin apardığı axtarışlar da (süni qiymət artımı iddialarını araşdırmaq üçün) dəyişən geosiyasi reallıqlardan irəli gəlir".

Siyasi təhlilçi Ukraynanın silah təchizatı mövzusuna qayıdaraq onu qeyd edib ki, Britaniya hökuməti bu ölkəyə ağır artilleriya sistemləri verməyə hazırlaşır: "Verilən silahların xarakterində mərhələ-mərhələ dəyişiklik baş verir: əvvəl yalnız müdafiə məqsədli yaxın döyüş silahları verilirdisə, tədricən daha ağır və hücum xarakterli silahların verilməsi gündəmə gəlir. Əlbəttə, yaxşı olardı ki, Qərb dövlətləri ötən illərdə elə silahlar verəydilər ki, Rusiya ümumiyyətlə, Ukraynaya hücum etmək niyyətinə düşməyəydi. Amma bu, bizim - ukraynalıların və onların dostlarının arzumuzdur, geosiyasət isə çox mürəkkəbdir, hətta amansızdır. Ukrayna dövləti və xalqı Rusiyanın təslimçi sülh şərtlərini qəbul etsəydi, müharibə olmayacaqdı və heç kim, nə Amerika, nə Avropa ötən 8 ildə onlara bunu qadağan etməmişdi. Yəni bu aqibət əslində ukraynalıların seçimidir. Rus imperializminin öz həyati maraq zonası saydığı ölkənin Moskvadan qopmasının bədəli budur və ukraynalılar bunu ödəyirlər. Bu yöndə əvvəlki cəhdlər daha ümidsiz dönəmlərdə olmuşdu - getmanların dövrü; 1918-ci il; 1941-dən sonra. İndi yenə çətin olsa da, daha real şans var. Aqressiv rus imperializminin ekspansionist ambisiyalarının və bu ambisiyaları bəsləyən hərbi, iqtisadi gücünün ciddi şəkildə budanması başlayıb. Ukraynalılar bu işin əsas ağırlığını üzərlərinə götürüblər və özləri üçün də, bizim üçün də, bütün proqressiv dünya üçün də çox mühüm tarixi missiya icra edirlər. İnanıram ki, proses qlobal miqyasda iştahları olan bu böyük Şərin adi regional oyunçu səviyyəsinə endirilib sakitləşdirilməsi və həddini dərk etməsi ilə yekunlaşacaq".



Xəbərin oxunma sayı : 469




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap