Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Almaniya fikrini dəyişdi: Şröderi danışıqlara göndərməyi nəzərdən keçirir

Tarix 11.05.26, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya keçmiş kansler və Rusiya prezidenti Vladimir Putinin yaxın dostu kimi tanınan Gerhard Şröderin Moskva ilə aparılacaq danışıqlarda xüsusi nümayəndə kimi iştirak etməsi imkanını nəzərdən keçirir.

"The Telegraph” xəbər verir ki, Berlin bu ideyanı prinsip etibarilə qəbul etsə də, bunun bir şərtlə mümkün olacağı bildirilir: Şröder danışıqlarda Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə birlikdə fəaliyyət göstərməlidir.

Məlumata əsasən, bu təklif əvvəlcə Rusiya tərəfindən irəli sürülüb. Avropa İttifaqı isə Moskva ilə birbaşa danışıqlara hazır olduğunu bildirsə də, hələlik Rusiya tərəfdən real dialoq siqnalları görmədiyini açıqlayıb.

Almaniya rəsmiləri əvvəlcə bu ideyanı rədd ediblər. Hökumət mənbəsi bildirib ki, təklif Kreml tərəfindən irəli sürülən qeyri-ciddi təşəbbüslərdən biri kimi qiymətləndirilib və bunun Rusiya tərəfindən istifadə olunan hibrid strategiyanın bir hissəsi olduğu qeyd edilib. Eyni zamanda, Berlin və Avropanın bu cür addımlarla parçalanmağa imkan verməyəcəyi vurğulanıb.

Bununla belə, son günlər Almaniya daxilində bəzi siyasi dairələr Şröderin vasitəçi kimi prosesə cəlb olunmasını tamamilə istisna etməyib. Sosial Demokrat Partiyasının nümayəndəsi Ədis Axmetoviç bu ideyanın ciddi şəkildə nəzərdən keçirilməli olduğunu bildirib.

Eyni zamanda, Berlin rəsmiləri danışıqlar formatının yalnız Moskva sülhə dair "qırmızı xətlər”dən geri çəkildiyi halda mümkün ola biləcəyini qeyd ediblər.

Qeyd olunur ki, Şröderin Vladimir Putinlə uzun illərə dayanan yaxın münasibətləri və "Şimal axını” layihəsindəki rolu onun bu prosesdə mübahisəli fiqur olmasına səbəb olur.



Xəbərin oxunma sayı : 1213




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap