Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Amerikalı senatorlar Çindən izahat tələb edirlər - Uyğurlara görə

Tarix 25.10.21, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Senatının üzvləri Bob Menendes, Marko Rubio və Ceff Merkli Amerika şirkətinin Çində uyğurları məcburi əməyə cəlb etməsi haqda məlumatın araşdırılmasını tələb edirlər.

Novator.az saytı bildirir ki, söhbət bu ayın əvvəli ABŞ-ın “Reuters” agentliyinin yaydığı məlumatdan gedir.

Həmin məlumatda deyilir ki, Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonunun hakim dairələrinin razılığıyla bu rayonda yaşayan yüzlərlə uyğur türkü ölkənin Qansu bölgəsindəki zavodda fəhlə kimi işə götürülüb. Zavod ABŞ-ın “Universal Electronics” firmasına məxsusdur və uyğurların burada könüllü yox, məcburi əməyə cəlb olunduğu ehtimal edilir.

“Universal Electronic” firması Qansudakı zavodunda istehsal etdiyi avadanlıqları “Sony”, “Samsung”, “LG” və “Microsoft” kimi nüfuzlu şirkətlərə satır. “Reuters” agentliyinin məlumatında uyğur fəhlələrin zavoda polisin müşayiəti ilə gətirildiyi, bunun xərcini hakimiyyət orqanlarının çəkdiyi bildirilir.

Amerikalı senator Bob Menendes Çində uyğurlara və digər etnik azlıqlara qarşı hüquq pozuntularını soyqırımı sayan qrupa rəhbərlik edir. O, Senatın xarici əlaqələr komitəsinin sədridir.

ABŞ-ın “The Hill” qəzeti yazır ki, Bob Menendes, Marko Rubio və Ceff Merkli “Reuters”in yaydığı məlumatla əlaqədar “Universal Electronics” şirkətinin direktoru Pol Arlinqə məktub ünvanlayıblar.

Məktubda uyğur fəhlələr barəsində bir neçə sual qoyulub və şirkət direktorundan müəssisənin iş metodları haqda Konqresə izahat vermək tələb olunub.

Senatorların məktubunda deyilir: “Amerika şirkətləri Çində uyğurları zorla işlətməkdən ciddi şəkildə çəkinməlidir. Sahibkarlar işədüzəltmə agentlikləri ilə bağlanan müqavilələri diqqətlə araşdırmalıdırlar. “Universal Electronics”in isə bu öhdəliyə əməl etmədiyinə dair şübhələr yaranıb. “Reuters”in məlumatına görə, “Universal Electronics”in təmsilçisi etiraf edib ki, şirkət Sincandan olan əməkdaşlarının harada, necə təlim alması istiqamətində müstəqil ekspertiza aparmır. Bu da “Universal Electronics”in məsələlərə göz yumması anlamına gəlir.

Doğrudan da belədirsə, onda bu, şirkətinizin etnik və maliyyə öhdəlikləri ilə bağlı ciddi qanun pozuntularına yol verdiyi, şəxsən sizin ABŞ qanunularını pozduğunuz barədə ehtimallar yaradır”.

“Universal Electronics” firmasının nümayəndəsi “The Hill” qəzetinə deyib ki, onlar məsələnin araşdırılması üçün senatorlarla əməkdaşlıq etməyə hazırdırlar: “Artıq şirkətimiz uyğurları işə çəlb etmiş agentliklə əlaqəni kəsib”.



Xəbərin oxunma sayı : 739




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap