Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Ançelottidən Neymara ciddi şərtlər: “10 nömrə“ və kapitanlıq geri alınır

Tarix 21.05.26, 9:37

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un 34 yaşlı hücumçusu Neymarı 2026-cı il dünya çempionatı üçün komandanın yekun heyətinə daxil edib.

"Globo" xəbər verir ki, italyan mütəxəssis futbolçu ilə reallaşan videozəng zamanı onun yığmaya qayıdışı üçün tətbiq edilən sərt qaydaları diqqətə çatdırıb.

Ançelotti videozəng zamanı Neymara onun artıq start heyəti oyunçusu olmayacağını və kapitanlıq sarğısından məhrum edildiyini bildirib. Həmçinin təcrübəli hücumçu 10 nömrəli formanı "Real Madrid"in ulduzu Vinisius Juniora təhvil verməlidir.

Şərtlər arasında futbolçunun sosial şəbəkələrdəki aktivliyinə məhdudiyyətlər də daxil olmaqla, düşərgədəki yeni davranış qaydalarına ciddi əməl etmək tələbi də var. Neymar bu şərtlərin hamısını tam şəkildə qəbul edib.

Qeyd edək ki, Neymar 79 qolla Braziliya millisinin tarixindəki ən məhsuldar oyunçudur. DÇ-2026-nın qrup mərhələsində Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.



Xəbərin oxunma sayı : 1258




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap