“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü açıqladı

Tarix 12.09.25, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evinin açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov yaradıcılıq evi barədə dövlət başçısına məlumat verib.

Açılış mərasimində AYB sədri Anarın görünməməsi diqqət çəkib və müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə də yazıçının sağlamlığı ilə bağlı narahatlıqlar olduğu iddia edilib.

Modern.az məsələ ilə əlaqədar Anarla əlaqə saxlayıb. O, açılışda iştirak etmədiyini təsdiqləyib, hazırda məzuniyyətdə olduğunu vurğulayıb. 

"Sağlamlığıma gəldikdə isə hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm” – deyə yazıçı sonda vurğulayıb. 

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Yaradıcılıq Evinin ərazisi 3 hektara yaxındır. Burada "suite” və "standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



Xəbərin oxunma sayı : 808




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap