Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Anomal istilər gəlir... - Harada işlər dayandırılmalıdır?

Tarix 23.06.21, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə anomal istilər gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın açıqlamasına görə, bu həftə ərzində ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olacağı gözlənilir. Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq.

Onun sözlərinə görə, günəşli gündüzlərin davamlı olması da havanın maksimum qızması üçün şərait yaradacaq: “Sutkalıq temperatur normasından xeyli yüksək olan anomal güclü istilərlə əlaqədar bu günlərdə açıq havada olarkən kölgəli yerlərdə olmağa çalışın. Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur. Zəif və mülayim cənub-şərq küləkləri üstün olacaq”.U.Tağıyeva yüksək temperatur rekordlarının yenilənəcəyinin gözlənildiyini bildirib: “Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40, bəzi yerlərdə 44 dərəcəyədək çatacağı gözlənilir”.

Xidmət rəisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək yüksələcək: “Unutmayaq ki, beynəlxalq metodlara əsasən havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtük istilik effektini daha da artırır. Bu səbəbdən də şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək. İlkin hesablamalara əsasən həftənin sonunda güclü istilər bir qədər azalacaq”.

40 dərəcə üzərindəki temperaturun bəzi insanların səhhəti üçün zərərli və təhlükəli olmaqla yanaşı, bu havada açıq havada işləmək də əmək qanunvericiliyinin tələblərinə ziddir. 



Bunu nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də işəgötürənlərə xəbərdarlıq edib: “ İşəgötürənlərin diqqətinə çatdırırıq ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Məcəlləyə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir”.


Sahib Məmmədov
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı Musavat.com-a açıqlama verərək bildirdi ki, işəgötürən hava şəraitinin işçinin səhhətinə mənfi təsir etdiyini görürsə, tədbir görməlidir: “Əmək Məcəlləsində bu aydın şəkildə göstərilib ki, həm isti, həm soyuq, həm də küləkli havada iş rejimi və iş şəraiti ilə bağlı Əmək Məcəlləsində xüsusi qaydalar nəzərdə tutulub. Məcəlləyə görə, temperatur 41 dərəcənin üzərində olduqda iş yerində temperaturu süni surətdə tənzimləmək mümkün deyilsə, ya iş dayandırılmalıdır, ya da əlavə tədbirlər görülməlidir. Elə yerlər var ki, iş açıq havadadır və işi saxlamaq mümkün deyil. Belə olan halda əlavə tədbirlər görülməlidir. Məsələn, yaxınlıqda kölgələnəcək yerlər qurulmalıdır, sərinləşdirici içkilər, ayran verilməlidir. Həsir şlyapalar verilməlidir və sair bu kimi tədbirlər görülməlidir. O yerdə ki, işi dayandırmaq mümkündür, orada iş dayanmalıdır. Norma 41 dərəcə qoyulub, ancaq işəgötürən isti havanın işçinin səhhətinə mənfi təsir etdiyini gördüyü anda tədbir görməlidir. Bəzən asfalt örtüyü günün təsiri ilə o qədər qızır ki, temperatur 50 dərəcə olur, biz hələ o hallara toxunmuruq. Əgər hava ilə bağlı proqnoz 41 dərəcənin üzərindədirsə, artıq iş dayandırılmalı və ya əlavə tədbirlər görülməlidir”.

Ekspertin sözlərinə görə, bizdə problem odur ki, işəgötürən işçiyə bir sosial portnyor olaraq baxmır, bəzi yerlərdə qul kimi baxır: “Yol tikintisi aparılan yerlər var ki, nəinki iş dayandırılmır, hətta işçilərə sərin su, həsir şlyapa belə verilməyib. İşəgötürənlər xəbərdarlıq gözləməməlidirlər, özləri bu işdə həssas olmalıdırlar. İşi saxlamasalar belə, fasiləli rejim qurmalıdırlar, işçilər növbə ilə kölgəyə çəkilib sərin içkilər, ayran içib dincəlməli sonra digərlərini əvəz etməlidirlər. Ola bilər ki, işçi həmin gün günvurma olmasın, ancaq uzunmüddətli dövr üçün səhhətinə mənfi təsir göstərə bilər. İşçinin özü də hiss etmədən günəş şüalarının mənfi təsirinə məruz qala bilər. O baxımdan işəgötürənlər istənilən halda tədbir görməlidirlər, çünki onlar işçinin sağlamlığı üçün məsuliyyət daşıyır”.

Bu sahəyə nəzarətin olmadığını və aidiyyəti qurumların apardığı yoxlamaların dayandırıldığını deyən ekspert bildirdi ki, yoxlamalar bu məsələdə həll yolu deyil: “Dövlət Əmək Müfəttişliyinin yoxlamaları dayandırılıb. Ancaq belə olmasa da, onların cəmi 250 nəfər işçisi var. Onlar bütün respublikanı əhatə edə və hər yerdə post qura bilməzlər. Ən böyük nəzarətçi işəgötürənin vicdanıdır, onlar işçinin həyatını riskə atmamalıdırlar”.





Xəbərin oxunma sayı : 421

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda