Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən açıqlama: “İtməmişəm”

Tarix 25.05.22, 18:03

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycanlı qadın televiziyaya çıxaraq ərinin yoxa çıxdığını və boşanmaq üçün onu axtardığını bildirib.

ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində axtarılan Məmmədov Emil Ərşad oğlu Oxu.Az-la əlaqə saxlayaraq yoxa çıxmadığını və bu məlumatın yalan olduğunu bildirib:

“Mən itkin düşməmişəm. Hazırda Bakı şəhərindəyəm. Dünən Xoşqədəm xanımın yanında da oldum. Dedim, bura “Səni axtarıram” verilişidir, mən də burdayam, siz kimi axtarırsınız? Şəklimi efirdən götürün”. İnsanlar bilib-bilmədən şərh edirlər. Mənim də qohumum, tanışım var. Hamı yazır ki, sənin şəklini televiziyada görmüşük. Verilişə zəng etdim, dedim məni qoşun efirə, mən itməmişəm. Veriliş uzandı, uzandı, sonra da vaxt bitdi, məni efirə qoşmadılar. Onlar şou yaradırlar, reytinq qazanırlar. Belə şey olmaz!

Yoldaşım əlaqə saxlamaq istəsə, mənim nömrəm var. Boşanmaq istəyirsən, gəl boşanaq. Mən yeddi aydır özümü öldürürəm, yeddi ay öncədən ona dedim ki, gəl boşanaq. Məhkəməyə müraciət etdim, yoldaşım məhkəməyə gəlmədi. İndi efirə məni biabır etmək məqsədi ilə çıxıb. Yoldaşım boşanmaq istəyir, getsin məhkəməyə. Mən də gedim boşanım, uşağın alimentini verim. Nəinki 18 yaşına qədər, ölənə kimi də qızıma baxmağa, aliment verməyə razıyam”.







Xəbərin oxunma sayı : 640




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap