Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avtovağzaldan rayon və şəhərlərə gedən avtobuslara nəzarət olunacaq - VİDEO

Tarix 02.12.22, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Avtovağzaldan rayon və şəhərlərə gedən avtobuslara nəzarət olunacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sərnişin Daşımalarının Monitorinq Mərkəzini istifadəyə verib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayon və şəhərlərə gedən avtobusların hərəkətinə bu mərkəzdən nəzarət olunacaq.

Bu məqsədlə Əlavə GPS avadanlığı və monitorlar quraşdırılıb, əməkdaşlar cəlb edilib. Buna görə də avtobus sürücüləri sürət həddini aşa bilməyəcəklər, onların dayancaqdan kənarda dayanmalarına isə imkan verilməyəcək.

Agentliyin mətbuat katibi Tural Orucovun sözlərinə görə, bu mərkəzdən rayon və şəhərlərə hərəkət edən avtobuslara ciddi nəzarət olunacaq.

Yola düşən avtobusların hərəkətinə mərkəzdə quraşdırılan monitorlar vasitəsi ilə nəzarət olunur. Operatorlar monitorlarda avtobus sürücülərinin qaydaları pozmasını aşkar etdikdə, bu barədə daşıyıcı şirkətlərə məlumat verilir.

Qeyd edək ki, sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə də 24 saat monitorinq edilir.






Xəbərin oxunma sayı : 769




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap