Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Aygün Kazımovanı Rəsul Quliyevlə nə bağlayır? - Xalq artisti barədə bilmədiklərimiz

Tarix 29.06.22, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Yəqin ki, bir şərq ölkəsində, həm də sovetin tərkibindən təzə çıxmış ölkədə onun etdiklərinə kimsənin cəsarəti çatmazdı.

Biri var, şou-biznesimizin sərhədlərini genişləndirən, səsindən daha ötə səhnədki davranışları, gözəlliyi ilə irəli gedən, daim özünə nömrə bir dedirtməyi bacaran Xalq artisti Aygün Kazımova...

Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakının Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü — sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyini ilk dəfə 2015-ci ildə etiraf edib. 


Qeyd edək ki, bu xəstəliyin yaranma səbəbi nadir psixi pozuntudur. Bu xəstəliyin daşıyıcıları PİKA (pozuntulu iştah) sindiromuna yoluxurlar. Sözügedən pozuntuya məruz qalan insanlar təbaşir, daş kömür, daş yeyirlər.


Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə gedir. 8-ci sinifdə oxuyarkən atasını itirir. Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. İlk dəfə böyük səhnəyə 9-cu sinif oxuyan zaman Ozan qrupunun solisti olaraq səhnəyə çıxır. 9cu sinfi bitirib orta məktəbdən uzaqlaşıb. 1986-cı ildə Mədəni Maarif texnikumuna daxil və bu təhsilini də yarımçıq saxlayır.  18 yaşı tamam olan kimi 1989-cu ilin 24 dekabında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. 

Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, özünün dediyinə görə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub.

Məlumata görə, Aygün Kazımova ilk ərindən hələ də boşanmayıb.

Onun ilk həyat yoldaşı məhkumluq həyatı da yaşayıb. 

1998-ci ildə ACP lideri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Bakıda hava limanında həbs olunarkən xalq artisti Aygün Kazımova gözüyaşlı şəkildə telekanallara müsahibə verərək, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi. Daha sonra Aygün Kazımovanın eks energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə eşq yaşayıb. 2002-ci ildə Türkiyə mətbuatında, xüsusilə Hürriyət qəzetində Aygün Kazımova və "Best Model Of the Turkey" yarışmasının finalisti Mert Kılıçın eşq macərası yaşadığı ilə bağlı silsilə məqalələr dərc olunmuşdu.

2004–2011-ci illərdə Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə qeyri rəsmi ailə həyatı qurub.

Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı Solmaz Şükürova bu münasibət haqqında belə demişdi:

Əslində Aygün Kazımovanın həyatı haqqında bunca qalmaqallı xəbərlərin yayılması onun səmimiyyətindən, cəsarətindən irəli gəlir. Lakin onun mşhurluğu və daim bir nömrə kimi qalmasının səbəbi isə təbii ki, bu qalmaqallar deyil. O, bunu peşəkar səhnəyə ilk dəfə çıxdığı gündən - 1988-ci ildəki "Bakı Payızı" yarışmasından sübut edib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi Yarım eşitsin məni mahnısı ilə ilk qran-prisini qazanır. Bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olur və o, bütün çətinliklərə baxmayaraq sənətdə, böyük səhnədə iri addımlarla addımlayacağına söz verir.

Qoy işığı söndürüm, Şəklimi çək, Bir söz yetər, İndi sənsiz, Öpsən... və başqa mahnıları həmişə hitə çevrilib. 

Son vaxtlar efirdə və tez-tez görünməyən müğənni öz sənət fəaliyyətində dəyişiklik edib. Əvəllər hər gün ekranlarda olan müğənni artıq geriçəkilərək, özünə bir əlçatmazlıq imici yaradıb. Son illər mətbuata açıqlama və müsahibə vermir. 

Aygün tamaşaçı ilə bütün sərhədləri qıran, lazım olanda gəlib onun dizinin üstündə oturan, lazım olanda onun başını sinəsinə sıxan kompleksiz bir müğənni oldu. Səhnəarxasındakı bütün yaşantıları tamaşaçıların ovcunun içində oldu və o özü bundan zərrə narahat olmadı.
Bütün bu komplekssizlikləri ilə Aygün şou-biznes adlanan bu ağlı qaralı sahədə Azərbaycanı bir qərinə irəli apardı. 
Aygün Kazımova Azərbaycan səhnəsində elə cəsarətli, riskli addımlar atıb ki, bu addımı heç illərlə Qərb səhnələrində üfüqlər dağıdan məşhur müğənnilər belə bacarmamışdı.

oxu24.com



Xəbərin oxunma sayı : 1210




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap