Xalq artisti bikinidə belə poz verdi - FOTO “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət...

Tarix 29.06.22, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə  qəbul edildi.

BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB
məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.

Prezident İlham Əliyevin Vətənimizin inkişafı istiqamətində göstərdiyi fəaliyyəti xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliyin artması ilə də yadda qaldı. Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərdi.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xarici siyasətin prioritet istiqaməti oldu.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi əlaqədar Prezident İlham Əliyevin cari ilin 27 iyun 2022-ci il tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı mövzusunda 11-ci sessiyası keçirilib. Cənab Prezident İlham
Əliyev çıxışında bildirmişdir ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun
infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri
işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Dövlət başçısı bildirib ki, Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.

Ayaz Quliyev



Xəbərin oxunma sayı : 328

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap