Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Tarix 29.11.21, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası müstəqillik illərinin ilk illərindən başlayaraq xarici siyasət konsepsiyasında çoxistiqamətli balanslaşdırılmış baxış bucağını ortaya qoyaraq milli maraqlarımızın reallaşması üçün əsas hədəflərinə çatıb.

Ölkəmiz regional və beynəlxalq müstəvidə bir çox platformada nəinki iştirakçı kimi yer alıb, Hətta bir çox təşkilatda aparıcı dövlət statusu almağı bacarıb. Rəsmi Bakının Ermənistan və havadarları üzərində qələbə qazanmasının səbəblərindən biri məhz diplomatik müstəvidə ikitərəfli və çoxtərəfli dövlətlərarası münasibətlərdə əldə etdiyi uğurlarla bağlıdır. Sözsüz ki, bu istiqamətdə aparılan tədbirlər nəticəsində ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatında da kifayət qədər addımlar atıb. İƏT hökumətlərarası
təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və
mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılsa da, platformanın
güclənməsi 1992-ci il noyabrın 28-də 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın İƏT-ə qoşulması ilə bağlı olub.
Bu illər ərzində Azərbaycan daim İƏT çərçivəsində əməkdaşlığa önəm verib,
təşkilatın səmərəli fəaliyyət göstərməsində fəal iştirak edib. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib və bu tədbirlərdə qəbul edilmiş
sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas
prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.

Murad Rizvanov,



Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap