Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir - Əli Əsədov

Tarix 30.09.21, 8:26

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının gündəliyi çox genişdir. Əməkdaşlığımız çoxşaxəlidir, kifayət qədər geniş sahələri əhatə edir və ən əsası müsbət məcrada inkişaf edir”.

AzFakt.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, koronavirus pandemiyası səbəbindən ötən dövr qlobal iqtisadiyyat üçün çox çətin keçdi:

"Məcburi məhdudiyyətlər bütün ölkələrdə biznesə və iqtisadi dinamikaya mənfi təsir göstərdi. Təbii ki, bu, bizim ticarət əlaqələrimizdən də yan keçmədi.

2020-ci ildə ticarət dövriyyəmiz bir qədər azaldı. Buna baxmayaraq, hətta pandemiya dövründə ticarət dövriyyəsini artırmaq üçün səylərimizi davam etdiririk. Bunun nəticəsi olaraq cari ilin 8 ayında ticarət dövriyyəmiz 41 faiz artaraq, 536 mln. ABŞ dollarını ötüb.

Ticari-iqtisadi əlaqələrimizin nəinki böhrandan əvvəlki səviyyəsinin bərpa edilməsi, eyni zamanda, daha da artırılması üçün şərait yaratmaq məqsədilə əlavə səylərin göstərilməsi vacibdir. Bunun üçün kifayət qədər potensialımız vardır”.

Əli Əsədovun sözlərinə görə, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir:

"Bu, əlverişli investisiya mühitinin yaradılması istiqamətində hökumətiniz tərəfindən aparılan islahatların səmərəliliyini açıq şəkildə göstərir. Ümid edirik ki, bu, gələcəkdə də davam edəcək.

Biz də, öz növbəmizdə, Gürcüstan şirkətlərinin Azərbaycan bazarında fəaliyyəti üçün lazımi şəraiti yaradırıq. Azərbaycanda ticarət, sənaye, xidmət, nəqliyyat, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 500-dən çox Gürcüstan kapitallı şirkət qeydiyyatdan keçib.

Birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edib, bölgənin siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişib. Bu layihələr Azərbaycan və Gürcüstana öz rifahını, sosial-iqtisadi inkişafını təmin etməyə və ölkələrimizin beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini artırmağa imkan yaradıb.

Ötən ilin son günləri tarixi əhəmiyyətli bir hadisə ilə əlamətdar oldu. Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri istifadəyə verildi. Azərbaycan qazı Avropaya çatdırılmağa başladı.

Bu layihə təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş Avrasiya bölgəsində ümumi inkişaf, sabitlik, əməkdaşlıq üçün əhəmiyyətlidir. Qeyd etmək istərdim ki, bütün bunlar bizim əməkdaşlığımız olmadan mümkün olmazdı.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığımız uğurla davam edir. Hətta pandemiya şəraitində biz nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirləri gördük.

2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi iki dəfədən çox artıb. 2021-ci ilin 8 ayı ərzində bu marşrut üzrə yük daşımalarının həcmi 345 min tondan çox olub.

Dəhlizin tam gücü ilə işə salınması üçün Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə işlər davam edir. Bu baxımdan, Marabda-Türkiyə Respublikasının sərhədinə qədər olan dəmir yolu sahəsinin inşasının başa çatdırılması və mərhələli şəkildə istismara verilməsi üçün Gürcüstan tərəfindən müvafiq işlərin sürətləndiriləcəyinə ümid edirik.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və digər dəhlizlər çərçivəsində də əməkdaşlıq uğurla davam edir.

Nəqliyyat-tranzit sahəsindən danışarkən, əlbəttə ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarının vacibliyini xüsusi qeyd etmək lazımdır.

Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası bütün region ölkələri üçün faydalıdır.

Yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması yük daşımalarının artmasına xidmət edəcək və regional miqyasda iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcək. Mən konkret olaraq Zəngəzur dəhlizini nəzərdə tuturam”.



Xəbərin oxunma sayı : 844




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap