Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan Kuboku: “Qarabağ“ın finaldakı rəqibi “Zirə“ oldu

Tarix 29.04.22, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, beləliklə turnirin finalçıları müəyyənləşəcək.

Günün ilk matçında "Qarabağ" "Qəbəl"ni qəbul edib. "Azersun Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olub. Səfərdəki oyunda 3:1 hesablı qələbə qazanan "köhlən atlar" finala darmadağınla yüksəlib- 5:0.

Yarımfinalın digər oyununda "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. "Bakcell Arena"dakı matçı digər beynəlxalq dərəcəli baş hakim Əliyar Ağayev idarə edib. Birinci qarşılaşmada qolsuz "sülh"ə razılaşan komandalar əsas və əlavə vaxtda qol vura bilməyib. Finala yüksələn tərəfi oyunsonrası penaltilər müəyyənləşdirib. 11 metrlik məsafədən zərbələri daha dəqiq yerinə yetirən "Zirə" finala yüksələrək "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 27-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
29 aprel 

"Qarabağ" - "Qəbələ" 5:0 
Qollar: Ramil Şeydayev, 5;57. Kadi Borqes, 13-pen.; 17. Leandro Andrade, 37. 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Azersun Arena".
(İlk oyun - 3:1)

"Neftçi" - "Zirə" 0:0 (penaltilər: 2:4)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".
(İlk oyun - 0:0)



Xəbərin oxunma sayı : 481




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap