Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan məhsulları BAHA satılır: “Biz təkcə Rusiya bazarını tanıyırıq, vəssalam”

Tarix 04.06.22, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


“Biz başqa bazarlara çıxışa nail olsaq, kənd təsərrüfatı istehsalçısı ümumiyyətlə Rusiya bazarına maraq göstərməz. Çünki başqa ölkələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının qiyməti həddindən artıq bahadır. Lakin biz təkcə Rusiya bazarını tanıyırıq, vəssalam! Bu da sovet dövründən qalan ənənədir”.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Kəndlinin, fermerin məhsul yetişdirməsi ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır. İstehsal olunan məhsullar daxili tələbatı tam təmin edirsə, yerdə qalanın ixrac edilməsi hər bir ölkənin siyasi-iqtisadi prioritetləri sırasındadır. Bu gün Azərbaycanda da bu istiqamətdə işlər həyata keçirilir, mütəmadi proqramlar reallaşdırılır. Həmçinin kəndlini, fermeri stimullaşdırmaq üçün subsidiyalar, kreditlər verilir. Lakin əkin sahələrindən, bağlardan toplanan meyvə-tərəvəzin ixracı məsələsində müəyyən problemlər hələ də qalmaqdadır.

Amma problemlərə baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı artır. Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda bildirilir ki, yanvar-aprel aylarında meyvə-tərəvəz ixracında artım qeydə alınıb. Hesabata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 162 602,25 min ABŞ dolları dəyərində 127 722,92 ton meyvə-tərəvəz ixrac edib. Bu da o deməkdir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyərində 23,6%, həcmində isə 6,4% artım olub. Xatırladaq ki, ixrac olunan meyvə-tərəvəz məhsulları, əsasən, tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub. Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracında daha böyük potensialın olduğunu əksər ekspertlər vurğulayırlar. Bəs görəsən, ixracı daha da artırmaq üçün hansı addımlar atılmalıdır? Fermerləri stimullaşdırmaq üçün nə etmək lazımdır?  

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirdi ki, bilavasitə tədarükçülərin özlərinə ölkədənkənar bazarlara çıxış üçün müvafiq imkanların yaradılması təşkil olunmalıdır: “Yəni bir var, bu və ya digər işbazların məhsulu dəyər-dəyməzinə alıb ölkədən kənara çıxarıb satmağı, bir də var ki, həmin məhsulu istehsal edən istehsalçının özünün bazara çıxışının təmin edilməsi. Şərt deyil ki, kəndli becərdiyi məhsulu hansısa bazarda satsın, sadəcə olaraq, istədiyi qiymətə sata bilsin və onu reallaşdırmaq imkanı əldə etsin. Birinci şərt budur. Yəni kənd təsərrüfatı istehsalçıları üçün bazarlara çıxış əlçatan olmalıdır. Bir sözlə, onlara bazarlara çıxaraq öz məhsullarını istədikləri qiymətə reallaşdırmaq imkanı yaradılmalıdır”.

Ekspert qeyd edib ki, meyvə-tərəvəz ixracından söhbət gedəndə ancaq Rusiya bazarı nəzərdə tutulur: “Bu vəziyyəti nə vaxtsa aradan qaldırmalıyıq. Əlbəttə, başa düşürəm və hamıya aydındır ki, Rusiya böyük bazardır. Bizim kənd təsərrüfatı məhsullarını bu bazara çıxarmaq digər bazarlara çıxarmaqdan daha asandır, əlverişlidir. Amma Azərbaycanın elə növ kənd təsərrüfatı məhsulları var ki, onu Rusiya bazarında satdığımızdan dəfələrlə artıq qiymətə sata bilərik. Hansı ki, bu, kənd təsərrüfatı istehsalçıları üçün çox böyük bir stimul yarada bilər. Amma biz bu bazarlara çıxırıqmı? Yox! Nəyə görə çıxa bilmirik? Ona görə ki, bu sahədə, yəni daşımalarda, həmin bazarlara əlçatanlıq baxımından müvafiq şərait yoxdur. Kəndli pomidorunu, xiyarını, kartofunu və sair məhsulunu Türkiyə, Yaxın Şərq, Avropa bazarında sata bilmir. Yəni Rusiya bazarına alternativ bazarlara çıxa bilmir. Təkrar edirəm, biz başqa bazarlara çıxışa nail olsaq, həmin kənd təsərrüfatı istehsalçısı, ümumiyyətlə Rusiya bazarına maraq göstərməz. Çünki başqa ölkələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının qiyməti həddindən artıq bahadır. Lakin biz təkcə Rusiya bazarını tanıyırıq, vəssalam! Bu da sovet dövründən qalan ənənədir. Azərbaycan artıq 30 ildən çoxdur müstəqildir, amma yenə də aqrar məhsulların satış məkanı dedikdə, qeyri-ixtiyarı olaraq, elə Rusiya bazarını nəzərdə tuturuq”.

P.Heydərov qeyd etdi ki, indi Rusiya bazarı sanksiyalarla üz-üzədir: “Bu, hamıya məlumdur. Yəni Rusiyada qiymətlər aşağı düşüb, bazar əvvəlki kimi cəlbedici deyil, əhalidə pul yoxdur. Hələ bilinmir ki, bundan sonra nə olacaq.  Yanvar-aprel aylarında meyvə-tərəvəzin ixracında artım olması çox yaxşıdır. Amma təhlükə də var. Ola bilsin ki, Rusiya və Ukraynadakı vəziyyətlə əlaqədar olaraq gələcəkdə kənd təsərrüfatı məhsullarının ixracı artmaq əvəzinə, azalsın. Bu baxımdan hesab edirəm ki, istehsalçının öz məhsulunu bilavasitə özünün bazara çıxarmasına nail olmaq, bazara çıxışın əlçatanlığını təmin etmək və Rusiya bazarına alternativ bazarlar tapmaq lazımdır. Qalan məsələlər, deyək ki, istehsalçını stimullaşdırmaq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlara dövlət tərəfindən müvafiq dəstəyin verilməsi kimi məsələlər sonrakı işlərdir. Əsas odur ki, istehsalçıya öz məhsulunu maya dəyərindən yuxarı qiymətə satmaq imkanı verilsin”.



Xəbərin oxunma sayı : 682




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap