Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan millisinin baş məşqçisi - “Mən sehrbaz deyiləm”

Tarix 07.09.21, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


“Dünən də demişdim ki, asan olmayacaq. Çox güclü rəqibə qarşı oynayırdıq".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə keçirilən oyundan sonra deyib.

Güclü rəqibini Bakı Olimpiya Stadionunda qəbul edən yığmamız meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Sizə nə qədər vaxt lazımdır ki, azarkeşlərin üzü gülsün?

- Portuqaliya bizdən əvvəl yoldaşlıq görüşü keçirmişdi, heyətində çox dəyişiklik etmişdi. Bir çox oyunçusu tam hazır vəziyyətdə idi. İki komanda arasında texniki fərq də böyük idi. İrlandiya və Serbiya ilə oyunlara da baxmaq lazımdır. Bizim kimi komandaya bəzi oyunçuların yoxluğu əlavə problem yaradır. Bugünkü qarşılaşmaya da itkilərlə çıxmışdıq. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçuların fiziki durumu yaxşı deyil. İrlandiya ilə görüşün də ikinci hissəsini bu üzdən müdafiədən keçirdik. Halbuki həmin matçın ilk yarısında hücum futbolu sərgiləmişdik. Güc çatmayanda məcburiyyət qarşısında qalırıq.

- Azərbaycan millisi ilə irəliləyişə nail olmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Mənə nə qədər vaxt lazım olması problem deyil. Biz qrupda reytinq baxımından 5-ciyik. İlk növbədə bu mənada yüksəlməliyik. Hər şeyi bir gündə, bir dəqiqədə dəyişmək olmaz. Mən sehrbaz deyiləm. Əlimizdə olan oyunçular da bunlardır.



Xəbərin oxunma sayı : 898




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap