Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın dostluq körpüsü kimi qazandığı imicə yeni əlavələr edir

Tarix 06.02.23, 22:07

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında roluna bir daha işıq saldı. 

Bu mühüm tədbir enerji diplomatiyamızın uğurlu səhifəsi kimi xarakterizə edilir. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında “Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq” fikirləri ilə toplantının məqsədini açıqladı və bu fonda belə bir reallığı da diqqətə
çatdırdı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması birgə səylərin nəticəsidir. Azərbaycan hər bir layihənin vaxtında və uğurlu sonluqla başa çatmasına səy göstərir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri yüksək səviyyədə
qarşılıqlı etimaddır. Dövlət başçısı İlham Əliyev bunu, eyni zamanda, qarşılıqlı həmrəylik də adlandırdı. Bildirdi ki, məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda Azərbaycan dərhal dəstək verməyə çalışır. Bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur. Tədbirdə iştirak edən ölkələrin, şirkətlərin və beynəlxalq maliyyə qurumlarının say tərkibinə
diqqət yetirmək kifayətdir: “Əvvəlki toplantılarla müqayisədə bu sayın artması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, iştirakçılar arasında etimad mühitinin möhkəmliyinin göstəricisidir. Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda artan nüfuzu enerji diplomatiyamızın
uğurlarının davamlılığında da özünü qabarıq şəkildə nümayiş etdirir. Ölkəmizin ötən ildə, həmçinin cari ilin ilk ayında enerji sektorunda qazandığı uğurların xronologiyası qeyd etdiklərimizin təsdiqidir.

Tamam Bağırlı



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap