|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Azərbaycanın neft hasilatı azalır: bəs gəlirlərimiz?
Tarix 05.11.22, 11:41 |
|
Ölkənin ən böyük yatağına 43 milyard dollar investisiya qoyulması nəzərdə tutulur
Azərbaycan hökuməti yaxın 4 ildə ölkədə neft hasilatının azalacağını gözləyir. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə əsasən, 2026-cı ildə ölkədə 30 milyon 274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 milyon 222,3 min ton) ilə müqayisədə 3 faiz azdır.
Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 milyon 649,7 min ton və 30 milyon 695,4 min ton neft hasil olunacaq.
Maraqlıdır ki, 2022-ci ilin büdcə layihəsində hökumət neft hasilatına dair daha nikbin proqnozlar irəli sürmüşdü. Cari ilin büdcə layihəsində Azərbaycanda 34 milyon 830,3 min ton neft, 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılmışdı. Həmçinin 2023-cü ildə ölkədə neft hasilatının 35 milyon 752,7 min ton, 2024-cü ildə 35 milyon 672 min ton, 2025-ci ildə 34 milyon 707,6 min ton səviyyəsində olacağı nəzərdə tutulurdu. Bir il sonrakı proqnozlar isə bu gözləntilərdən kəskin fərqlənir. Hətta növbəti 3 ilə dair hökumətin proqnozlaşdırdığı azalma tempi hazırda mövcud səviyyədən xeyli nikbindir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 24 milyon 493,4 min ton neft hasil edilib, bu da illik müqayisədə 5,3 faiz azdır. İlin son rübündə hasilatın ötən il proqnozlaşdırılan 34 milyon 830,3 min tona çatdırılması qeyri-mümkündür. Müstəqil ekspertlər cari ilin sonunadək Azərbaycanda 28 milyon ton civarında neft istehsal ediləcəyini gözləyirlər.
Azərbaycanda neft hasilatının azalması təbii səbəblərlə izah olunur. Belə ki, yataqların ehtiyatlarının tükənməyə başladığı, quyuların köhnəldiyi bildirilir.
Məlumdur ki, Azərbaycanda əsas neft həcmləri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunur. 2017-ci ildə bu blokun işlənməsinə dair xarici şirkətlərlə imzalanmış müqavilə yenilənərkən yataqda 500 milyon ton civarında neft qaldığı açıqlanmışdı. Güman olunurdu ki, əlavə investisiyalar hesabına yataqda hasilatın azalması prosesinin qarşısı alınacaq, daha uzunmüddətli dövrdə hasilat templərini sabit saxlamaq mümkün olacaq. Lakin cari ilin əvvəlindən etibarən hasilat səviyyəsinin azalması qeydə alınmaqdadır, bu isə yataqda qalan ehtiyatlarla bağlı proqnozların özünü doğrultmadığını göstərir.
Açıqlanan rəsmi məlumata görə, 2022-ci ilin yanvar-sentyabrında AÇG-dən 15 milyon ton neft hasil olunub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən - 17 milyon tondan 9,5 faiz azdır. Hasilatın azalmasına baxmayaraq, dünya bazarındakı qiymət səviyyəsi Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlərin kəskin artmasına imkan yaradıb. Belə ki, Dövlət Neft Fondunun açıqladığı məlumata əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında AÇG yatağından hasil olunan neftin satışından Fonda 7 milyard 528 milyon dollar gəlir daxil olub. Ötən ilin eyni dövründə bu mənbədən Fondun qazancı iki dəfəyə qədər az - 3 milyard 966,8 milyon dollar olmuşdu. Həmin dövrdə Azərbaycan neftinin orta qiyməti 68,27 dollar təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında ə “Azeri Light” markalı Azərbaycan yüngül neftinin orta qiyməti 107,22 dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,95 dollar və ya 57,1 faiz çoxdur.
Hazırda Azərbaycan nefti dünya bazarında 98 dollara ticarət olunur.
Bir çox beynəlxalq təşkilatlar, sahə üzrə ixtisaslaşan analitik mərkəzlər yaxın və ortamüddətli dövrdə neftin dünya bazar qiymətinin yüksək olaraq qalacağını gözləyirlər. Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə neftin bir barelinin orta qiyməti 2022-ci ildə 98.2 ABŞ dolları, 2023-cü ildə isə 85.5 ABŞ dolları səviyyəsində olacaq.
Dünya Bankının proqnozuna əsasən 2022-ci ildə “Brent” neftinin orta qiyməti 100 dollar təşkil edəcək, 2023-cü ildə isə 92 dollaradək enəcək. Bankın mütəxəssisləri hesab edir ki, 2024-cü ildə “Brent” markalı neft daha da ucuzlaşacaq və onun orta qiyməti 80 dollar səviyyəsində qərarlaşacaq. Hesabatda qeyd olunur ki, 2021-ci ildə “Brent”ın orta qiyməti 70,4 dollar, 2020-ci ildə isə 42,3 dollar təşkil edib.
Ortamüddətli dövrdə neft hasilatının əksər hasilatçı ölkələr üzrə azalması gözlənilir. Bu günlərdə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2022-2023-cü illər üzrə gündəlik xam neft hasilatı proqnozunu azaldıb. EIA-nın aylıq hesabatına əsasən, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,85 milyon barel olacaq ki, bu da əvvəlki proqnoz göstəricidən 0,14 milyon barel azdır.
Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik orta neft hasilatı 28,58 milyon barel olacaq. Bu, əvvəlki proqnozdan 0,03 milyon barel azdır. Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik orta neft hasilatı 26,28 milyon barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 milyon barel təşkil edib, 2019-cu ildə isə 29,27 milyon barelə bərabər idi. EİA hesab edir ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il də də çata bilməyəcəklər.
OPEC-də isə hesab edirlər ki, təşkilata daxil olmayan ölkələr 2027-ci ilə qədər dünya bazarına neft təklifini 12 faiz artıracaqlar, lakin 2030-cu illərin başlanmasından sonra onların hasilatı bir qədər azalmağa başlayacaq. OPEC-in “World Oil Outlook” (WOO) adlı illik hesabatında qeyd edilir ki, 2027-ci ilə qədər OPEC-ə daxil olmayan ölkələrdən neft ixracı 2021-ci illə müqayisədə 12 faiz artaraq sutkada 71,4 milyon barelə çatacaq. ABŞ hasilatı sutkada 3,9 milyon barel artıracaq və hasilatın artımına görə lider olacaq. Braziliya, Qayana, Kanada və Norveç də tədarükü artıracaq, Rusiya isə Ukraynadakı münaqişə səbəbindən gündəlik hasilatı 2021-ci il səviyyəsindən 0,7 milyon barel azaldacaq.
OPEC ekspertlərinin proqnozuna əsasən 2030-cu illərin əvvəlindən qeyri-OPEC ölkələri hasilatı azaltmağa başlayacaq, 2045-ci ilə qədər gündəlik hasilat 67,5 milyon barel (2027-ci il ilə müqayisədə 5,5 faiz azalacaq) olacaq. OPEC ölkələri isə 2027-ci ilə qədər hasilatı demək olar ki, 13 faiz artıraraq sutkada 35,6 milyon barelə çatdıracaq, hasilatın əsas artımı neft bazarının sabitləşməsi fonunda 2022-2023-cü illərdə baş verəcək. 2030-cu illərin əvvəlindən sonra hasilatı azaltmağa başlayacaq OPEC üzvü olmayan ölkələrdən fərqli olaraq, OPEC ölkələri hasilatı durmadan artırmağa davam edəcək.
Təşkilatın proqnozuna görə, neftin qlobal enerji balansında payı 2045-ci ilə qədər indiki 31 faizdən 29 faizə qədər azalacaq, eyni zamanda o, ən tələb olunan yanacaq növü olaraq qalacaq. Ümumilikdə, OPEC ekspertlərinin gözləntisinə əsasən neft və qaz enerji istehlakının 50 faizdən çoxunu təşkil edəcək. Nəticədə gündəlik qlobal neft tələbatı 2045-ci ilə qədər 2021-ci il səviyyələri ilə müqayisədə 13 milyon barel artaraq 110 milyon barelə çata bilər. Hesabata əsasən, eyni zamanda, tələbin əsas artımı 2025-ci ilə qədər baş verəcək və 2035-ci ildən onun platoya çıxacağı proqnozlaşdırılır.
Belə ki, təşkilatın proqnozuna görə, 2025-ci ilə qədər neftə tələbatın illik artımı təqribən gündəlik 2,1 milyon barel təşkil edəcək, 2025-2030-cu illər arasında 0,6 milyon barelə qədər azalacaq, 2030-2035-ci illərdə isə 0,2 milyon barelə enəcək: “Bundan sonra proqnozlar dünya səviyyəsində neftə tələbatın kifayət qədər uzun plato dövrünü göstərir”.
Gözlənilən tələbatı ödəmək üçün dünyada enerji ehtiyatlarının gündəlilk tədarükü 2045-ci ilədək hər il orta hesabla 2,7 milyon barel artırılmalıdır. “WOO göstərir ki, enerji resurslarına gözlənilən tələb 2045-ci ilə qədər onların tədarükünün illik orta hesabla 2,7 milyon barel/gün artımını tələb edəcək. Bunun üçün əhəmiyyətli investisiyalar tələb olunacaq”, - bunu OPEC-in baş katibi Heysəm əl-Qais bildirib. Onun sözlərinə görə, qlobal hasilatı sutkada 100 milyon barel səviyyəsində saxlamaq üçün təkcə neft sənayesi hər il 5 milyon barel həcmində istehsalat gücləri işə salmalıdır.
Qurumun baş katibi qeyd edib ki, 2045-ci ilə qədər neft sənayesinə yatırılan ümumi investisiya 12,1 trilyon dollar həcmində qiymətləndirilir. Bundan neft hasilatına 9,5 trilyon dollar, emala 1,6 trilyon dollar, nəqliyyata 1 trilyon dollar çatmalıdır.
Məlumat üçün bildirək ki, AÇG üzrə imzalanmış yeni sazişə əsasən 2049-cu ilədək yatağa 43 milyard dollar investisiya yatırılması və 500 milyon ton neft əldə olunması nəzərdə tutulur.
Yeri gəlmişkən, neft hasilatının azalması fonunda Azərbaycanda Dövlət Neft Fondundan büdcə vasitəsilə xərcləmələrin azaldılması nəzərdə tutulur. 2023-cü il və növbəti 3 ilin büdcə proqnozuna əsasən Fonddan büdcəyə daxilolmaların 2023-cü ildə 11 280,0 milyon manata, 2024-cü ildə 11 027,0 milyon manata, 2025-ci ildə 10 978,0 milyon manat, 2026-cı ildə isə 10 766,0 milyon manata kimi azaldılması proqnozlaşdırılıb. Beləliklə də 2023-cü illə müqayisədə 2026-cı ildə Dövlət Neft Fondundan büdcəyə transfert 4,5 faiz və ya 514 milyon manat azaldılacaq.
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 535
İqtisadiyyat
Xəbərlər
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
TOP 10
ARXİV