“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Azərbaycanın tanınmış geoloqunun xanımı nazirliyi məhkəməyə verdi - TƏFƏRRÜAT

Tarix 02.05.26, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın tanınmış geoloqu, mərhum Həsən Çələbinin xanımı Ekologiya və Təbii Sərvətlər Nazirliyini və nazirliyin tabeliyində fəaliyyət göstərən Geoloji Kəşfiyyat Agentliyini məhkəməyə verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçının tələbi Həsən Çələbiyə verilməli olan pul mükafatı ilə bağlıdır. İddiadan görünür ki, həmin mükafat verilməyib. Lakin cavabdeh qurumlar mükafatın verildiyinə dair məhkəməyə sənəd təqdim ediblər. Bu baxımdan, Bakı İnzibati Məhkəməsi iddianı təmin etməyib. 

Həsən Çələbinin xanımı apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiyanın qərardadı qüvvədə saxlanılıb.

Həsən Çələbi 1947-ci il iyun ayının 10-da Azərbaycanın Qax rayonunun Sarıbaş kəndində anadan olub. O, 1967-1970-ci illərdə "Elektrotexsənaye” Elmi Tədqiqat İnstitutunda texnik, kiçik elmi işçi, 1974-1985-ci illərdə Azərbaycan Geologiya İdarəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında böyük texnik-geolog, geolog, böyük geolog, axtarış partiyasının baş geologu, 1985-2001-ci illərdə Azərbaycan Geologiya İdarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Mərkəzi Aparatında Geologiya şöbəsində böyük geolog, Geologiya şöbəsinin rəis müavini, Geologiya və Texniki-İstehsalat  şöbələrinin rəisi, 2001-2006-cı illərdə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının "İstehsalatın Təşkili və Planlaşdırılması İdarəsi”ndə baş mütəxəssis, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geologu vəzifələrində işləyib. 

2006-2021-ci illərdə Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Azerbaijan International Mining Company (AIMC) şirkətində Geologoya Departamentinin baş geologu vəzifəsində çalışıb. O, 2021-ci ildə dünyasını dəyişib.



Xəbərin oxunma sayı : 1480




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap