Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Azərbaycan Prezidentinin köməkçisi: “Bizim etdiklərimiz dünya üçün örnəkdir”

Tarix 17.06.22, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


“Gözümüzün önündə qardaş ölkələr var. Eyni dildən, dindən olmalarına rəğmən savaşırlar. Bizim etdiklərimiz dünya üçün örnəkdir. Qardaşlığımız Mərkəzi Asiyadakı qardaş ölkələrimiz üçün də örnəkdir”.

Bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Akşam TV-yə müsahibəsində ölkələrimiz arasındakı münasibətlərdən danışarkən deyib.

Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın hər kəs üçün çox önəmli olduğunu deyib.

“Bu, təkcə türk dünyası üçün deyil, bütün dünya üçün önəmlidir. Biz dünyada bu günə qədər örnəyi olmayan qardaşlıq ittifaqı yaratdıq”.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi həm siyasi, həm geosiyasi, həm də simvolik əhəmiyyətə malikdir.

H.Hacıyev vurğulayıb ki, Şuşa bəyannaməsi zaman və məkan baxımından olduqca fərqli əhəmiyyət daşıyır.

“Bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlib. Bəyannamə bizim ittifaqımızı qanuna çevirdi. Bu, artıq hər iki ölkəni bir-birinə əbədi bağlayan qanun olaraq müəyyən edildi”, - Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

“Bir mövzunu xüsusi vurğulamaq istəyirəm. Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərir. Çünki dünyada nələrin baş verdiyi gözümüzün qabağındadır. Biz dünya nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyə arasında dostluğun strateji əhəmiyyətini vurğulayırıq”, - H.Hacıyev vurğulayıb.



Xəbərin oxunma sayı : 706




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap