Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan yığması Lüksemburqa uduzdu

Tarix 02.09.21, 9:10

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti matçını keçirib. 

Fanat.Az xəbər verir ki, ilk iki turda xal qazana bilməyən seçməmiz səfərdə Lüksemburq yığması ilə qarşılaşıb.
 
Canni De Byazinin komandası İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda uğurlu oyun sərgiləyərək azarkeşlərini sevindirməyə çalışmalıydı. Lakin italiyalı mütəxəssisin meydana buraxdığı start "11-lik" istər-istəməz bədbin düşüncələrə əsas verirdi. Oyunun taleyi ilk yarım saatda həll olunandan sonra "ayılan" De Byazi ikinci yarıda səhvlərini düzəltməyə çalışsa da, seçməmizin ancaq 1 qola gücü çatıb. Belə desək, "quru" yenilgidən qurtulan təmsilçimiz cırtdan ölkəyə uduzub - 1:2.
 
Qeyd edək ki, millimiz daha öncə Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə yenilib.
 
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
1 sentyabr
 
22:45. Lüksemburq – Azərbaycan 2:1

Qollar: Mika Pinto, 8. Jerson Rodrigeş, 28-pen. - Emin Mahmudov, 67.
Baş hakim: İrfan Pelito (Bosniya və Hersoqovina).
Lüksemburq. “Stad Lüksemburq”.

Lüksemburq: 1. Antoni Moris, 3. Enes Mahmutoviç, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodrigeş, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans, 21. Sebastien Thil

Baş məşqçi: Lük Holts

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 20. Filip Ozobiç, 21. İsmayıl İbrahimli

Baş məşqçi: Canni De Byazi



Xəbərin oxunma sayı : 358




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap