Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda benzinin nə qədər bahalaşa biləcəyi məlum olub - VİDEO

Tarix 12.07.22, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda ölkədə 91 faiz "Aİ- 92", 8.8 faiz "Aİ-95", 0.2 faiz "Aİ-98" markalı benzin istehlak olunur

Azərbaycanda benzinin nə qədər bahalaşa biləcəyi məlum olub

Digər ölkələrdə olduğu kimi Azərbaycanda da "Aİ-95" markalı benzinin qiymətində artım gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, son dövrlər dünya bazarında neftin qiymətinin artması idxal inflyasiyasını gücləndirib.

Onun sözlərinə görə, "Aİ-95" markalı benzin ölkəmizə idxal olunduğu üçün onun qiyməti dünya bazarında baş verən proseslərə əsasən tənzimlənir.

Azərbaycanda "Aİ-95" markalı benzinin 1 litri 1 manat 60 qəpiyə satıldığı halda dünya bazarında təxminən 2 manat 50 qəpiyə təklif olunur. Gürcüstanda "Aİ-95" markalı benzinin qiyməti təxminən 2 manat 29 qəpik, Ermənistanda 2 manat 16 qəpik,  Türkiyədə 2 manat 56 qəpik Rusiyada isə 1 manat 63 qəpik civarında təşkil edir. 2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neftin qiyməti təqribən 65% artsa da, Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti stabil olaraq qalıb. 2022-ci ilin mart ayından etibarən Rusiyada "Aİ-95" markalı benzinin qiyməti 77,8%, Gürcüstanda 34,8%,  Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb.

Millət vəkili qeyd edib ki, "Aİ-95" markalı benzin ölkədə istehsal olunmadığına görə Tarif Şurası qiymətlərə müdaxilə edə bilmir. 

Qeyd edək ki, hazırda ölkədə 91 faiz "Aİ- 92", 8.8 faiz "Aİ-95", 0.2 faiz "Aİ-98" markalı benzin istehlak olunur.

Ekspertlərin fikrincə, benzinin qiyməti 1 maat 80 qəpiyə qalxa bilər.






Xəbərin oxunma sayı : 1114




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap