“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı

Tarix 13.06.25, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda da geniş istifadə olunan və reseptsiz satılan ağrıkəsici parasetamolun bəzi partiyaları çirklənmə şübhəsi ilə bazardan geri çağırılır.

AzFakt.com milli.az-a istinadən xəbər evrir ki, bu barədə məlumatı Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) yayıb.

Agentliyin açıqlamasına görə, Chelonia Healthcare Limited tərəfindən istehsal edilən 500 mq-lıq parasetamol tabletlərinin 2312010və 2312011 nömrəli partiyaları rəng dəyişikliyi səbəbilə geri çağırılıb. Sözügedən dərmanların bu il buraxıldığı və son istifadə tarixinin 30 noyabr 2027-ci il olduğu bildirilib.

"Tabletlər bir tərəfində zolaq olan ağ kapsul formasında olmalıdır. Əgər bu partiyalardan alınmış qutuların içində rəngi dəyişmiş hər hansı tablet görsəniz, dərhal əczaçıya və ya həkiminizə müraciət edin", - deyə MHRA-nın açıqlamasında qeyd olunur.

Səlahiyyətli qurum bu dərmanlardan istifadə edən şəxslərə əks təsirlər müşahidə edildikdə dərhal həkimə müraciət etməyi, səhiyyə işçilərinə isə sözügedən partiyaların paylanmasını dərhal dayandırmağı tövsiyə edib.



Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap