Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda erməni dilində markalanmış məhsullar satılır? - VİDEO

Tarix 22.09.21, 9:55

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərinin ən iri ticarət mərkəzlərindən birində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsul satışdan yığışdırılıb.

AzFakt.com xezerxeber.az-a istinadən xəbər verir ki, ticarət mərkəzinin dəftərxana ləvazimatları satılan şöbəsində Çinin "Yalong" şirkətinin istehsal etdiyi 48 vərəqli dəftərin arxa hissəsində məhsul haqqında erməni dilində markalanmaya rast gəlinib.

Erməni dilində olan yazıda məhsulun Çinin "Yalong" şirkətinin istehsalı olduğu və Ermənistana ixrac edildiyi barədə məlumat yer alıb. Məhsulun üzərində Azərbaycan dilində isə heç bir məlumat verilməyib. Halbuki "Dövlət dili haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar ana dilində markalanmalıdır.

Məsələ ilə bağlı sözügedən ticarət mərkəzindən bildirilib ki, həmin firma ilə əlaqə saxlanıb və məhsullar da artıq ticarət mərkəzindən yığışdırılıb.

Mövcud vəziyyətlə bağlı Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, vəziyyətdən xəbərdardırlar və bu haqda araşdırma aparılır.








Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap