Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar - FAKTLAR

Tarix 22.02.22, 9:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda vətəndaşların etibarından sui-istifadə edərək onların adına şirkətlər qeydiyyatdan keçirən mütəşəkkil cinayətkar şəbəkə fəaliyyət göstərir.

Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, hazırda onlarla şəxs bu cinayətkar şəbəkənin qurbanına çevrilib.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ev 87 ünvanında qeydiyyatda olan Yakuşev Stanislav Ələskəroviç adlı vətəndaş bildirir ki, Rəhimov Elman Hətəm oğlu adlı şəxs onu aldadaraq adına şirkətlər təsis edib.

Stanislav Yakuşev bildirir ki, o, valideyin himayəsindən mərhum olmuş uşaqlar üçün nəzərdə tutulan 2 nömrəli ümumi orta internat məktəbində oxuyub. Daha sonra Heydər Əliyev Fondu tərəfindən Mərdəkanda ona ev verilib və özü ilə birgə internat məktəbində oxuyan xanımla ailə həyatı qurub.

Stanislav deyir ki, bir-neçə il əvvəl qəza keçirərək ayağından zədə alıb. Əvvəllər tanımadığı Elman Rəhimov adlı şəxs ona müəyyən yardımlar edib. Daha sonra Elman Rəhimov Stanislavın etibarını qazanaraq ondan etibarnamə alıb. Etibarnamə aldıqdan sonra Stanislav bir daha Elmanı görməyib.

Bu yaxınlarda Stanislav Yakuşevə Xəzər rayon məhkəməsindən bildiriş gəlib və məlum olub ki, 2020-ci ilin noyabr ayında onun adına 2 MMC dövlət qeydiyyatına alınıb. Hazırda bu MMC-lərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

Stanislav Yakuşevin qanuni təmsilçisi olduğu “JASMİN AZ LTD” MMC və “TERMİNAL AZ” MMC-lər “Nizami rayonu, Yavər Səfərov ev 28. m. 28” ünvanında dövlət qeydiyyatına alınıb. Bu ünvanda qısa müddətdə (19 ay ərzində) 285 şirkət (tam siyahı yazının sonunda yerləşdirilib) qeydiyyata alınıb. Bu şirkətlərin bir çoxuna eyni şəxslər rəhbərlik edir və onların adlarında da oxşarlıqlar var.

Bu isə onu göstərir ki, digər şirkətləri də dövlət qeydiyyatına aldıran şəxslər hansısa formada bir mərkəzdən idarə olunur. Bu ünvanda qeydiyyatda olan şirkətlərin bir çoxunun adına yalnız dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində rast gəlmək mümkündür. Bu MMC-lərin qısa müddət əvvəl təsis olunmalarına baxmayaraq hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcları da var.

Stanislav Yakuşevin adına təsis olunan 2 şirkətin də dövlət büdcəsinə ümumilikdə 425 min manata yaxın vergi borcu yaranıb. Uzun zamandır işsiz olduğunu bildirən Stanislav bu qədər borcu necə qaytaracağını, onu aldadan Elman Rəhimovla necə əlaqə saxlayacağını bilmir.

Fevral ayının 5-də məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyən Stanislavın sözlərinə görə, müraciəti qeydə alınsa da ona hər hansı bir əlavə məlumat verilməyib.

Maraqlı məqamlardan biri də odur ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində 107 MMC-ni qeydiyyata aldıraraq külli midarda vergini dövlət büdcəsindən yaındıran mütəşəkkil dəstə üzvlərinə hökm oxunub. 7 il həbs cəzası alan şəxslərdən biri də Rəhimov Elman Hətəm oğludir.

Aldadılan vətəndaşlardan birinin ağacdan asılmış meyiti tapılıb

Qeyd edək ki, mütəşəkkil şəbəkənin yeganə qurbanı Stanislav deyil. Bənzər vəziyyətlı bir-çox insan qarşılaşıb. Xatırlayırsınızsa, bir həftə əvvəl Astara sakini – 1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun ağacdan asılmış meyiti tapılıb.
Hazırda prokurorluq Zaurun hansı şəraitdə öldüyünü araşdırır. Ölümündən əvvəl mətbuata verdiyi açıqlmada Zaur bildirib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Stanislav kimi Zaur Sovqatov da 5 şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrənib və məlum olub ki, onun da dövlət büdcəsinə 55 min manta yaxın vergi borcu var.

Oxşar vəziyyətlə Səfərov Nicat Nəriman oğlu da qarşılaşıb. Nicat Səfərovun da adına 5 şirkət açılıb. Hazırda bu şirkətlərin dövlət büdcəsinə 140 min vergi borcu var. Nicat Səfərovun etibarnamə verdiyi şəxs Məmmədov Çələbi Əvəz oğludur.

Adına şirkətlər açılaraq aldadılan şəxslərdən biri də Esmira Nuriyevadır. Bir qədər əvvəl mətbuata verdiyi açıqlmada Esmira Nuriyeva bildirib ki, Binəqədi rayonunda yaşadığı həyət evində onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub: “Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, “gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb 1 saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan”. Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. 2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər “STOP”un var, adına 5 şirkət var, onların xeyli borcu var”.

Qeyd edək ki, Esmira Nuriyevanın təsisçi olduğu 5 şirkətdən 3-nə hazırda Zemfira Hacıyeva qanuni təmsilçi təyin olunub.



Aldadılan şəxslərdən biri də Gəncə şəhərində yaşayan Əliyev Tahir Kazım oğludur. Tahir də digər vətəndaşlar kimi tanış olduğu şəxsə inanıb və ona etibarnamə verib. Cəmi 3 ay ərzində adına 40 min manat vergi borcu olduğunu öyrənib. Maraqlıdır ki, Gəncədə yaşayan Tahir Əliyevin etibarnamə verdiyi şəxslə Bakıda yaşayan Nicat Səfərovun etibarnamə verdiyi şəxsin ad-soyadı eynidir – Məmmədov Çələbi Əvəz oğlu.






 





Xəbərin oxunma sayı : 973




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap