Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda qızıl ehtiyatlarının həcmi açıqlandı - FOTO

Tarix 16.11.21, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

AzFakt.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 10 ay ərzində ölkəmizdə 6 834,8 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 207,3 kiloqram və ya 3,1 faiz artıb. Bu dövr ərzində 2 876,8 kiloqram qızıl, 3 958 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 3,5 faiz azalıb, gümüş hasilatı isə 8,6 faiz artıb.

Təkcə oktyabr ayı ərzində isə ölkədə 268,7 kiloqram qızıl, 447,8 kiloqram gümüş hasil edilib.

Bildirilib ki, 1 noyabr 2021-ci il tarixinə görə, ölkədə 212,5 kiloqram hazır qızıl ehtiyatı, 244,3 kiloqram hazır gümüş ehtiyatı var.

Əlavə edək ki, müvafiq dövrdə 2096,1 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalıb. Bu məhsul növü üzrə 239 ton hazır ehtiyat yaranıb.



Xəbərin oxunma sayı : 886




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap