Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycang nə qədər kredit verilib? - Dünya Bankı 4,15 milyard, Asiya İnkişaf Bankı 4,44 milyard dollar...

Tarix 22.05.21, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Bankı mayın 21-də Azərbaycanın «Regional bağlantılarının inkişafı» adlı yol layihəsinə 65 milyon ABŞ dolları kredit ayırıb. Ümumi dəyəri 95,88 milyon dollar olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.

Ümumilikdə isə 2021-ci il yanvarın 1-nə Azərbaycan beynəlxalq maliyyə-kredit qurumları ilə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək 13,031 milyard dollar ekvivalentində kredit sazişləri imzalayıb. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında icmal hesabatda qeyd olunub ki, sözügedən məbləğ 168 layihə və proqram üzrə 210 kredit sazişi çərçivəsində imzalanıb.

Nazirlər Kabinetinin hesabatına görə 2021-ci il yanvarın 1-nə qədər istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3,732 milyard dollar əsas borc qaytarılıb: «Hazırda xarici kreditlər hesabına ölkə daxilində 19 layihənin, o cümlədən nəqliyyat sektoru üzrə 8, su təchizatı və kanalizasiya sisteminin bərpası sektoru üzrə 4, sosial sektor üzrə 2, kənd təsərrüfatı sektoru üzrə 2, enerji sektoru üzrə 2, ədliyyə sektoru üzrə 1 layihənin həyata keçirilməsi davam edilir».

İndiyədək Dünya Bankı Azərbaycana 71 layihə üzrə 4,15 milyard dollar, Asiya İnkişaf Bankı 74 layihə üzrə 4,44 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə 174 layihə üzrə 3,084 milyard avro ayırılmasını öz öhdəliyinə götürüb. Təkcə 2020-ci ildə Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank ölkəyə martın 5-də məşğulluğun dəstəklənməsi layihəsinə 100 milyon dollar, həmin ayın 26-da isə «Məhkəmə xidmətləri və əqli infrastruktur» layihəsinə əlavə 50 milyon dollar kreditin verilməsini təsdiqləyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov «Turan» İnformasiya Agentliyinə bildirib ki, ayrılan kreditlərin xərcləməsində müəyyən problemlər var: «Amma son vaxtlar Maliyyə Nazirliyi cənab Prezidentin göstərişinə əsasən bunu nəzarətə götürüb».

Komitə üzvü qeyd edib ki, beynəlxalq maliyyə institutlarının ayrdığı kreditlərin iki növü var: «Var təminatı kreditlər, var təminatsız. Dövlət təminatlı kreditlər dövlətin zəmanəti əsasında verilir, bir də var ki, təşkilatlar və şirkətlər birbaşa kredit müqaviləsini bağlayır və orada dövlətin heç bir zəmanəti olmur».

V. Əhmədov vurğulayıb ki, Dünya Bakı ilə bağlanan müqavilələr dövlət zəmanətli kreditlərdir: «Ona görə də onlar nəzarətdə olur. Düzdür, ümumilikdə kreditlərin hamısı təyinat üzrə xərcənsə də, şəffaflıq və bəzi digər məsələlər tam öz həllini tapmayıb».

"AzPolitika.info"



Xəbərin oxunma sayı : 919




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap