Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Böyük Britaniyada siyasi böhran: Nazirlər hökumət başçısına qarşı çıxdılar

Tarix 13.05.26, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Krallığın səhiyyə naziri Ues Stritinq hökumətdən istefa vermək və Baş nazir Kir Starmerin vəzifəsindən uzaqlaşdırılmasına nail olmaq niyyətindədir.

Bu barədə "The Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Çərşənbə günü səhər saatlarında Starmer Dauninq küçəsi, 10 ünvanındakı iqamətgahında Stritinqi qəbul edib. Nazirin təşəbbüsü ilə baş tutan və cəmi 20 dəqiqə çəkən görüşün məqsədi partiyanın nüfuzunu bərpa etmək üçün atılacaq addımları aydınlaşdırmaq olub. Müzakirələrdən sonra Stritinqin istefa vermək və Starmeri partiya rəhbərliyindən kənarlaşdırmaq üçün rəsmi prosedura başlamaq qərarına gəldiyi bildirilir. Bu qərarın mayın 14-də ictimaiyyətə açıqlanacağı gözlənilir.

Britaniyada siyasi vəziyyət 7 may yerli seçkidən sonra gərginləşib. Leyboristlər partiya tarixində ilk dəfə Uels Parlamentində çoxluğu itiriblər. Ümumilikdə, partiya müxtəlif nümayəndəli orqanlarda 1 400 mandat itirib. Starmer məğlubiyyətə görə məsuliyyəti üzərinə götürsə də, postunu tərk etməyə razılaşmayıb.

Hazırda İcmalar Palatasını təmsil edən 90-a yaxın leyborist deputat Starmerin gedişini tələb edir. Artıq dörd nazir - Myatta Fahnbulleh, Jess Phillips, Alex Davies-Jones və Zubir Ahmed etiraz əlaməti olaraq istefa veriblər.

Britaniya qanunlarına görə, iqtidar partiyasına yeni rəhbər seçilərsə, həmin şəxs növbədənkənar ümumi seçki keçirilmədən birbaşa ölkənin baş naziri vəzifəsini icra edir. Bunun üçün deputatlardan birinin partiyanın baş katibinə rəsmi yazılı müraciət ünvanlaması kifayətdir.



Xəbərin oxunma sayı : 1243




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap