“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?

Tarix 05.10.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda son illər yaşıllıqların məhvi, yüksək gərginlikli elektrik xətləri altında tikintilərin həyata keçirilməsi adiləşib.

Baxmayaraq ki, dövlət başçısı İlham Əliyev bu qanunsuzluqlara son qoyulması barədə xəbərdarlıq edib, müvafiq qurumlara göstəriş verib, lakin yenə də özbaşına hallara rast gəlmək olar. 

Xüsusən də aidiyyatı strukturlar - yerli icra hakimiyyəti orqanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC bu məsələlərə ciddi nəzarət etməlidirlər.

AzFakt.com Mediaxeberleri.az portalına istinadən xəbər verir ki, belə özbaşına tikililərdən biri Bakının Səbayel rayonu, Badamdar qəsəbəsi ərazisində reallaşıb. DYP-dən bir qədər aralıda, dairəvi yola yaxınlıqda yüksək gərginlikli elektrik xətlərinin altında obyektlər tikilib, yaşıllıqlar isə məhv edilib.

Azərbaycanda daşı daş üstünə qoymağın icazəli olduğunu nəzərə alsaq, deməli, qanunsuz tikintilər, ağacların qətliamı, yüksək gərginlikli elektrik xətlərinin  altında inşaat aparılmasına aidiyyatı  qurumların öz razılığı olub. Əks halda, Badamdarda ağacları doğrayıb təhlükəli bir xəttin altında heç bir sahibkar obyekt tikə bilməzdi. Bununla bağlı artıq sosial şəbəkələrdə və mətbuatda görüntülər yayılıb.

Həmçinin Bakı sakini Faiq İbrahimov da yol verilən bu qanunsuzluqdan şikayətlənib. Onun sözlərinə görə, yaşıllıqları məhv edərək bu tikintini aparıblar. Ancaq maraqlıdır ki, nə Səbayel rayon icra başçısı Vüqar Zeynalov, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, nə də onun müavini Namiq Hümmətov məsələyə münasibət bildirib. 

Şübhəsiz ki, ağacları kəsib yerində böyük obyektlər inşa edən həm Səbayel İH, həm də komitənin icazəsini alıb. Deməli, hər iki qurum yaşıllıqların məhvinə və yüksək gərginlikli elektrik xətti altında tikintiyə razılıq verib.

Görəsən komitə sədri Anar Quliyevlə müavini Namiq Hümmətov, həmçinin icra başçısı Vüqar Zeynalov bu qərarı verərkən onu sərəncamda necə əsaslandırıblar? Axı hər bir qərarın izahı və əsaslandırması olmalıdır. Belə görünür ki, həm icra başçısı, həm komitə rəhbərliyi tikinti normativlərinə uyğun olmayan yerdə qanunsuz işlər həyata keçirilməsində maraqlı olub. Əks təqdirdə, heç bir vətəndaşa bu şərait yaradılmaz. Halbuki tamamilə qanundankənar bir iş görülüb. Bir yandan yaşıllıqların məhvi, digər yandan elektrik xətləri altında tikinti. Və prezidentin etdiyi xəbərdarlıqlar deyəsən nə Vüqar Zeynalova, nə də Anar Quliyevə aiddir. Əgər elə olmasaydı, şəhərin "göbəyində" gözə girən bu qanunsuzluğa göz yummazdılar.

Qeyd edək ki, ümumiyyətlə, son illər Bakının arxitekturası, memarlığı sıradan çıxmaqdadır. Paytaxtda lüzumsuz tikintilər, yöndəmsiz inşaat işləri, şəhərin görünüşünə xələl gətirən işlər artıb. Bu tikintilər xüsusən də Anar Quliyevin rəhbərliyi dövründə rəvac verilib. Eləcə də Bakının rayonları arasında ən çox şikayətlərin gəldiyi yerlərdən biri də Səbayeldir. Görünür, problemin dövlət başçısına məruzəsi edilməsinə zərurət var...






Xəbərin oxunma sayı : 1612




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap