Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTOLAR

Tarix 29.11.22, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakı milyonçusu Hacı Sultanəlinin məzarı baxımsız vəziyyətdədir.

AzFakt.com xəbər verir ki, milyonçunun məzarı Sabunçu rayonu Ləhiş bağlarında yerləşir.

Görünüşündən uzun müddətdir baxımsız qaldığı hiss olunur. Buna görə də məzarın başdaşı hissəsi uçub-sökülüb.

Məsələ ilə bağlı Kürdəxanı qəsəbə bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, məzarın olduğu ərazi elə milyonçunun qohumlarına məxsusdur:

“Milyonçunun qohumlarında həmin ərazinin sənədləri var. Ərazi bağ sahəsidir. Qəbiristanlıq deyil. Orada həmin qohumlara məxsus başqa qəbirlər də olmalıdır. Milyonçu vəsiyyətinə əsasən, həmin bağ sahəsində dəfn edilib. Məzara milyonçunun nəvə-nəticəsi, öz qohumları baxmalıdır. Bu, bələdiyyənin səlahiyyətində deyil”.

Milyonçu, xeyriyyəçi Hacı Sultanəli Haşım oğlu 1851-ci ildə Balaxanı qəsəbəsində doğulub. O, Bakıda 3 məscid və 1 hamam, Balaxanı qəsəbəsində 1 məktəb, həmçinin Quba rayonunda 1 məscid tikdirib. Hacı Sultanəli fəhləlikdən Bakının gənc milyonçusuna çevrilib. Hacı Zeynalabdin Tağıyevin yaxın dostu olub. Milyonçu 1921-ci ildə infarktdan vəfat edib.

Öz vəsiyyəti ilə Ləhiş bağlarında tikdirdiyi məscidin yanında dəfn edilib.





Xəbərin oxunma sayı : 655




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap