![]() |
|




.jpg)





645.jpg)



Bakıda hücuma məruz qalan aktrisa danışdı: “Yolda gedərkən məni arxadan qucaqladı” - VİDEO
Tarix 27.05.22, 21:45 |
|
3.jpg)
Bir neçə gün əvvəl işdən evə qayıdarkən, gecə saatlarında tanımadığı şəxsin şiddətinə məruz qalan aktrisa Mehin Bayramlı Azxeber.com-a müsahibə verib.
- İlk olaraq özünüzü təqdim edin:
-Salam. Mən, Mehin Bayramlı. 2001-ci ildə doğulmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsiyəm.
- Hadisə necə baş verdi?
- Məlum səbəblərə görə, universitetdən sonra işləyirəm. Bizim iş vaxtımız gec saatda bitir. Demək olar ki, saat 10-da işdən çıxıram və saat 12-yə qədər evə çatıram. Bu, həmişə belə davam edib. Hər zaman işdən gələndə anam mənə zəng edib. Gəlməmişdən qabaq qarşıma çıxıb. Nə isə olsa da, olmasa da. Həmin gün anama bir az gec zəng etdim. Ona görə də bir az gec gələsi oldu.
Taksidən düşdüm. Həmişəki kimi yolumu gəlirdim. Hava da elə küləkli idi ki, səs belə eşidilmirdi, sürətlə arxandan kimsə gəlsə heç onu da eşidə bilməzsən. Qabaqdan bir qonşu kişi gəldi. Tanımadım. Səhv anlaşılar deyə, üzünə baxmaq da istəmədim. Sən demə, arxadan da başqa biri gəlirmiş. Sonra o iki nəfər söhbətləşməyə başladılar. Mən də, ümumiyyətlə, çönüb baxmadım ki, birdən deyərlər qız uşağıdı çönüb baxır. Yolumu gedəndə hiss etdim ki, elə bil kimsə gəlir arxamca, amma baxmadım. Bir də hiss etdim ki, daha çox yaxınlaşdı. Yenə öz-özümə dedim ki, eybi yoxdur. Yəqin yanımdan keçib gedəcək. Bir də gördüm ki, həmin adam mənim belimdən tutaraq özünə tərəf sıxdı. Elə bil belə də olmalıdır. Heç səsini çıxartmadı, heç nə demədi. Məni dəhşət bürüdü. Ümumiyyətlə, bu tip hadisələrdən mən çox qorxurdum. Qorxduğum başıma gəldi. Onu itələdim və dedim ki “sən kimsən, nə edirsən?”.
Üzünə də diqqətlə baxdım ki, birdən qaçıb etsə, polisə yaxınlaşım deyim ki, başıma belə bir hadisə gəlib. Mən onun üzünə baxanda birdən mənə şillə vurdu. Şok keçirtdim. Sonra üstümə gəldi. Yerində dayana bilmirdi. Amma mənə də nə isə etməyə çalışırdı. Qaçmağa çalışanda arxamca düşdü. Nalayiq söyüşlər söydü. Qaçan anda taksi çıxdı qarşıma. Taksi saxlamadı. Həmin şəxsin üstünə sürdü. Amma düşmədi. Mən vaxt qazandım ki, keçim məhəlləyə. Bu anda anam çıxdı qarşıma. Soruşdu ki, “nə olub sənə?”, dedim ki, “tanımadığım bir insan mənə şillə vurdu”. Həmin an mən nə danışdığımı bilmirdim. Əllərim əsirdi. Anam dedi ki, burada gözlə. O gedəndən sonra yaşıdım olan qonşumuz oğlan mənə yaxınlaşdı.
Dedi ki, “nə baş verib?”, Mən də ona olanları danışdım. Qaçıb onu axtardılar. Sən demə, normal qaçıb uzaqlaşa bilməyibmiş. Onu tutdular. Qaçdıq onun yanına. Başladı söyüşlər söyməyə. Anama dedim ki, heç kim heç nə etməsin. Polis özü bu mövzu ilə məşğul olacaq. 102-yə zəng vurduq. Polis gəldi. Mənə dedilər ki, ərizəni yaz. Mən yaza bilmirdim deyə, anama verdim, ərizəni anam yazdı. Ondan sonra məni tibbi ekspertizaya göndərdilər. Artıq üzüm sağalmışdı. Buna baxmayaraq, mən sübut kimi şəklini çəkib saxlamışdım. Çünki rahatlıqla "mən etməmişəm deyərək, mənim üstümə ata bilərdi”. Getdik. Yoxladılar. Sadəcə dedilər ki, kliniki izlərdir, kliniki ağrılardır. Keçəcək.
- O hadisədən sonra gecə çölə çıxmısınız, yoxsa travması hələ də qalıb?
- Təsəvvür edin, hadisə baş verən gecə idi. Mən gözlərimi yuma bilmirdim. Qorxurdum ki, gecədir. Qaranlıqda kimsə məni vura bilər. O qorxu ilə mən səhərə yaxın yatdım ki, artıq hava açılıb. 2 gün nə işə, nə də dərsə gedə bilmədim. Qorxurdum ki, bu adam tapar məni, üstümə gələr ki, məni niyə polisə vermisən. Hal-hazırda çölə çıxanda belə kişilərin toplaşdığı yerdən rahat keçə bilmirəm. Qorxduğum üçün yolumu dəyişirəm. Elə bilirəm ki, bu dəqiqə kimsə mənə əlini uzadacaq, məni vuracaq. Psixoloji cəhətdən vəziyyətim heç də yaxşı deyil.
- Bəs psixoloji dəstək almısınız?
- Bəli, mənə Teymur Məmmədov zəng etdi. Halımı soruşdu. Çox sağ olsunlar, nə kömək lazım olsa, onlara müraciət edə bilərəm dedilər. Həm psixoloji, həm maddi cəhətdən yanımda olduqlarını dedilər. Mən artıq özümü nisbətən yaxşı hiss edirdim. Həm də polis ciddi şəkildə yanaşmışdı deyə, içim rahat idi. Mənə “Instagram”dan çox qadın bu barədə yazdı. Belə hadisə bir çox insanın başına gəlibmiş. Amma səslərini çıxara bilməyiblərmiş. Mənə təşəkkür etdilər ki, mən susmamışam. Mənə susmamağı, ərizəni geri götürməməyi dedilər. Bununla hiss etdim ki, mən tək deyiləm. Bu mənim üçün çox böyük motivasiya oldu. Amma hadisə baş verən gün mən özümü çox tək hiss etdim. Çünki səsimi sonradan eşitdilər və çölə gec çıxdılar. Hərçənd ki, tez çıxıb mənə kömək ola bilərdilər.
- Bu mövzuda sizi günahkar görənlər oldu?
- Günahı bircə həmin şəxs məndə gördü. Bütün qonşular mənə dedilər ki, ərizəni geri götürməyim. Hamı dedi ki, haqqını tələb et. Məhlənin həm qadınları, həm kişiləri dedi ki, biz icazə verməyəcəyik ki, o, burada yaşasın. Bizimdə uşaqlarımız, qızlarımız var. Ondan başqa heç kim demədi ki, sən səhv etmisən.
- Son olaraq izləyicilərimizə nə demək istəyirsiniz?
- Özümü ağlamamaq üçün zorla saxlamışam. Qürur duyuram ki, mənə onlarla qadın yazdı ki, “çox sağ ol səsini çıxartdın”. Mən o qadınlara demək istəyirəm ki, qeyrətinizi müdafiə etməkdən qorxmayın. Şərəfinizi müdafiə etməkdən qorxmayın. Haqqınızı həmişə tələb edin. Hüquqlarınızı öyrənin. Təhsil alın. Uşaqlarınıza təhsil verin. Ən çox da qız uşaqlarına təhsil verin. Onları cahil böyütməyin. Tez evləndirməyin. Qoyun onlar təhsil almaqla yanaşı işləsinlər. Görsünlər ətrafda necə insanlar var. İnsanları tanısınlar. Ondan sonra ailə həyatı qursunlar. Qorxmasınlar. Bilsinlər ki, ən ilahi varlıq qadındır. Qadınlar zərifdirlər, zəif deyillər.
Xəbərin oxunma sayı : 1039
loading...
Hadisə
Xəbərlər
-
Aygün Kazımovanın bu FOTOsu gündəm OLDU
-
Özəlləşdirmə çekləri barədə yekdil rəy: - dövlət vətəndaşlarına sahib çıxmalıdır
-
Deputatlar xalqın xeyrinə danışanda da tənqid edilir - səbəb nədir?
-
Kəlbəcərdən Laçına çəkilən elektrik xətti - VİDEO
-
“Bütöv Azərbaycan yaranacaq“ - Araz Elsəs
-
100 il yaşamağı hədəfləyən Hafiz Hacıyev: “Ölənə yaxın partiyanı ləğv edəcəyəm...”
-
Sərhədlər bağlıdır, amma Azərbaycana quru yolla 91 min əcnəbi gəlib – SİYAHI
-
50 yaşlı Defne Samyeli gözəlliyi ilə illərə meydan oxudu - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“28 May”da velosiped oğurlayan şəxslər saxlanıldı - VİDEO
-
25 mindən çox azərbaycanlı qadın Türkiyəyə ərə gedib - Son 13 ilin statistikası
-
“G7”dən kənarlaşdırılan Rusiya “G20”də iştirak edə bilər - Avropa Birliyi
-
Telman İsmayılov Baydenlə niyə görüşüb? - “New York Post”
-
“Ukraynanın cənub-şərqində vəziyyət çox çətin olaraq qalır” - Conson
-
“Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir“ - İlham Əliyev
-
Türkiyədə sel suları Kastamonu şəhərinə ciddi ziyan vurdu - VİDEO
-
Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub - FOTO/VİDEO
-
Sumqayıt bulvarında dənizə kanalizasiya axıdılır? - Rəsmi açıqlama
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşüb - FOTOLAR
-
“Rusiya qlobal internetin söndürülməsinə hazırlaşıb“ - Kreml
-
Bayden geri dönüş barədə düşünür - Çinə qarşı qadağalar yumşaldılacaqmı?
-
Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı
-
Kasım-Jomart Tokayev avqustda Azərbaycana gələcək
-
Sabah havanın temperaturu 38 dərəcəyədək ARTACAQ
-
“AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri qurban verdi“ - Dövlət başçısı
-
“Biz istədiyimizə nail olacağıq” - Dövlət başçısı
-
Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub - FOTO
-
Rusiya defolt elan etdi - 1918-ci ildən bu yana ilk dəfə
-
“Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək“ - Ali Baş Komandan
-
“Hələ ölməmişəm, uğur qazanmaq istəyirəm“ - Azərbaycan millisinin baş məşqçisi
-
“İllərdir, PUA-ların müharibədəki təhlükəsinə diqqət yetiririk” - ABŞ-ın ordu naziri
-
Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri - VİDEO
-
“Tayvana qarşı güc tətbiqi istisna deyil” - Çinli səfir
-
“Ukraynaya raket zərbələrinin bütün iştirakçılarını tapacağıq” - Zelenski
-
Türkiyədə yerli sualtı qayığın istehsalı prosesinə başlanılır – VİDEO
-
“Hər bir təxribatının qarşısı qətiyyətlə alınacaq...“- Müdafiə naziri açıq mesajlar verdi + VİDEO
-
“Bundan sonra kişinin nazını çəkib, paltarını yuya bilmərəm“ - Səidə Sultan
-
Millimizin hücumçusu İran klubunda - RƏSMİ
-
NATO və Türkiyənin hərbi birləşmələrinə Ordumuzun nümayəndələri təyin olunacaq - Zakir Həsənov
-
Füzulinin Polis Şöbəsinin əməkdaşı minaya düşüb
-
Səbail Rayon Məhkəməsindən analoqu olmayan qərar - Fikrət Məmmədova müraciət
-
İyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub - Umayra Tağıyeva
-
Dövlət qəzeti KTN-i “göydən yerə çırpdı“ - Supermarketə çevrilən yarmarkalarda nə baş verir?
-
UEFA Region Kuboku: “Cəbrayıl“ turnirlə vidalaşdı
-
Boris Consondan Ukraynaya bir daha tam dəstək - Zelenskini ölkəsinə dəvət etdi
-
Mövlud Çavuşoğlu Bakıya gəlib - FOTO
-
Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib
-
Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub
-
Hərbçilərin yürüşləri təşkil olunub - FOTO/VİDEO
-
İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - FOTO
-
MTN polkovniki özü haqqında hökmü eşitdi, ağladı - Məhkəmə
-
Türkiyə ordusu terror aktları planlaşdıran şəxsləri zərərsizləşdirib - VİDEO
-
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib - VİDEO
-
Səfər Mehdiyev Prezident Administrasiyasına niyə çağırılıb?
-
“Rusiyanı defoltdan saatlar ayırır” - “Bloomberg”
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Çimərliyə gedənlərin nəzərinə! - FHN xəbərdarlıq etdi
-
Xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfər gününü reallaşdırdı
-
Taxılımız bol olacaqmı? - ŞƏRH
-
“Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır” - İspaniya XİN
-
“Xəzəri hasarlayıb balığı da satır, kürüsünü də...” - Partiya sədrindən etiraz
-
Ruslar uşaq bağçasını raketlə vurub - VİDEO
-
“Praktikada olan tələbələrin liftdən istifadə etməsi qadağandır” - FOTO
-
Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı – FOTO
-
5 yaşlı Əfrasiyaba kömək lazımdır - “Onu ölməyə qoymayın!” + Fotolar
-
Sabah güclü külək əsəcək - Hava proqnozu
-
Fövqəladə Hallar Nazirliyindən hava ilə bağlı XƏBƏRDARLIQ
-
Laçında hava limanı tikintisi davam edir – VİDEO
-
Bu aylıq 2000 manat təqaüd veriləcək - Prezidentin FƏRMANI + SİYAHI
-
Müasir döyüş qabiliyyətli Milli Ordumuz
-
UEFA Region Kuboku: “Cəbrayıl“ bu gün yenidən “Kolos“la qarşılaşacaq
-
Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi - Məhkəmə sədri Həbib Həsənov isə... + VİDEO
-
“Qarabağda ədalət bərpa olunursa, bu, birliyimizdəndir” - Süleyman Soylu
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib – FOTO
-
Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO
-
Kiyevdə yaşayış binası raketlə vurulub - VİDEO
-
Magistral su kəmərində qəza oldu: Bakının bir sıra əraziləri susuz qalacaq
-
Qırğızıstanda kazinolar açılır, ancaq... - “Qırğızlar oynasalar, məsuliyyətə cəlb olunacaqlar“
-
Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb - FOTO
-
Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
-
Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO
-
Onlar 25 ildən çoxdur deputatdır - SİYAHI+FOTO
-
“Putinin qələbəsi fəlakətə səbəb olacaq“ - Boris Conson
-
Kondisionerli dayanacağın bu görüntüləri müzakirələrə səbəb oldu – Rəsmi açıqlama
-
Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
-
Bakıdan Füzuliyə ilk müntəzəm avtobus marşrutu açıldı - VİDEO
-
Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu
-
Yay mövsümündə haraya gedək? - Bölgə turizminin ənənəvi problemləri
-
Baş nazir Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verib - FOTO
-
“Mançester Yunayted“ tarixinin ən yaxşıları - Ronaldo yoxdur
-
Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb - VİDEO
-
Tanınmış vəkil həbs edilib - Təfərrüat açıqlanmır, amma...
-
Çin Tayvanı hərbi yolla geri almağa hazırdır - Rəsmi Pekin
-
Hücum rus ordusuna baha başa gəldi – Ağır itkilərlə geri çəkildi
-
Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir
-
Yıldız Tilbe yağışın altında rəqsi ilə diqqət çəkdi - VİDEO
-
“Azərbaycan Prezidenti ordunun bundan sonra da gücləndiriləcəyini vurğulayır” - Məhərrəm Əliyev
-
“Ərzaq təhlükəsizliyimiz təhdid altındadır“ - Moldova Prezidenti
-
Bu gün İlham Əliyevin “general-leytenant” rütbəsi verdiyi hərbçilər kimlərdir? - FOTO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Rusiya Moldovaya hədə-qorxu gəldi: “Moskvadan cavab gecikməyəcək”
-
Oğuzda yarıməsrlik ağacları kim qurudub? - VİDEO
-
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
-
Deputatdan Tahir İmanova cavab: “Mənim 250 minlik maşınım yoxdur” - VİDEO
-
Prezident Vətən müharibəsində fərqlənən bir qrup hərbçini təltif edib - SİYAHI
-
“Ukraynada müharibə uzun çəkəcək” - Stoltenberq
-
Rəşadətli Ordumuz Azərbaycanın şanlı qələbəsini təmin etməklə bir daha döyüş meydanında özünün üstünlüyünü sübut etdi
-
Avtobus az, tələbat çoxdur: Şuşaya nə üçün bilet tapılmır?
-
“Artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil” - Çavuşoğlu
-
Sevil-Sevinc bacıları əsəbiləşdilər: “Bizi alan yoxdur” - FOTO
-
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
“NATO ölkələri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcəklər“ - Baş katib
-
“Yüzlərlə tələbi yerinə yetirmişik” - Zelenski
-
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb - VİDEO
-
Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb - FOTO
-
“Bunun adı qardaş köməyidir” - Türkiyə səfiri Azərbaycanın yardımı barədə
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO
-
“Sizin qələbəniz iradənin əyani sübutudur“ - Mehriban Əliyeva
-
İcra başçısı vergi borcu olan şirkətlə 440 min manatlıq müqavilə bağlayıb - FOTO
TOP 10
ARXİV