![]() |
|














Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? - FAKTLAR
Tarix 21.05.25, 14:55 |
|

Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun barəsində olan hökmdən verilmiş kasasiya şikayətinə baxılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Əliyar Məmmədov Cinayət Məcəlləsinin 32.4,308.1 (iştirakçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma (passiv rüşvətxorluq), 312-1.1 (şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi), 32.4,313 (iştirakçılıq, vəzifə saxtakarlığı) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
İttihama görə, Əliyar Məmmədov vəzifəli şəxs kimi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində təkrar istəyərək alıb. O, tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, təkrar vəzifə saxtakarlığı törədib.
Əliyar Məmmədov vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
İstintaq sənədlərində göstərilib ki, Əliyar Məmmədov ona müraciət etmiş şəxslərə əlillik dərəcəsi alacağı, həmçinin əlillik dərəcəsinin bərpa etdirəcəyinə dair yalan vədlər verməklə rüşvət alıb.
Bu əməllərini o, İmişli rayon sakini olan cinayətdən xəbərsiz tanışı Elnur Əzimovun vasitəsilə törədib. Sənədlərə görə, şikayətçiləri onun yanına Elnur Əzimov gətirib, o da rüşvət almaqla qanunsuz hərəkətlərə yol verib.
Elnur Əzimov onun yanına 5 nəfər gətirib, onların hər biri ilə qohumluq əlaqəsi var.
Əliyar Məmmədov daha 11 nəfərdən eyni əmələ görə rüşvət alıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliyar Məmmədov özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 4 may 2018-ci ildən Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində işləyib: “Elnur Əzimovu 2018-ci ildən tanıyıram. Bacısı onkoloji xəstə olduğu üçün mənə müraciət etdi. Mən də onu aidiyyəti xəstəxanaya müalicəyə göndərdim. Həmin vaxtdan Elnurla münasibətim yarandı. Aramızda ədavət və düşmənçilik olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ilin ortalarından ayrı-ayrı vaxtlarda Elnur ona müraciət edib və 5 nəfər tanışına əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərməyi xahiş edib: “Elnur mənə həmin şəxslər barəsində epikrizləri və tibbi rəyləri təqdim etdi. Buna uyğun olaraq rəhbərlik etdiyim müəssisədə həmin şəxslərin adına ambulator tibbi karta açıldı. Onların bəziləri Xocasən Sağlamlıq Mərkəzinə gələrək tibbi müayinədən keçdilər. Digərləri isə qeydiyyatda olduqları poliklinikadan sənəd aldılar.
Bundan sonra “Forma 88” adlanan Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş tərtib etdim. “Forma 88” internet vasitəsi ilə elektron qaydada tərtib olundu. Daha sonra Tibbi Sosial Ekspert Komissiyası tərəfindən həmin şəxslərin telefonuna SMS vasitəsi ilə əlillik dərəcəsi təyin edilməsinə dair təsdiq bildirişi göndərildi. Mən Elnur Əzimovun xahişi ilə sadəcə 5 nəfərin məlumatlarını elektron sistemə daxil etmişəm”.
Sabiq baş həkimin sözlərinə görə, İlqar Abdulov barəsində 15 avqust 2018-ci ildə, Rövşən Mustafayev barəsində 16 avqust 2018-ci ildə, Elsevər Məmmədzadə barəsində 17 noyabr 2018-ci ildə, Rahib Şıxalıyev barəsində 17 dekabr 2018-ci il tarixdə “Forma 88” tərtib edilməklə həmin şəxslərə dair məlumatlar elektron sistemə işlənib:
“Mehriban Hüseynovanın barəsində də “Forma 88” mənim tərəfindən işlənib. Lakin bunun tarixini dəqiq xatırlamıram. Adı çəkilən şəxslərdən heç birini tanımamışam. Sadəcə Elnurun xahişi ilə həmin şəxslərə dair məlumatları elektron sistemə işləmişəm və onlara əlillik dərəcəsi təyin edilib.
Sonradan Rahib Şıxalıyevə təyin edilmiş əlillik dərəcəsi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılmış təkrar yoxlama nəticəsində etibarsız hesab edilib. Elnurun məndən xahiş etdiyi işlərə görə heç bir məbləğdə pul almamışam. Sadəcə Elnurla olan münasibətinə görə ona kömək etmişəm. Mənim qeyd etdiyim 5 nəfərdən başqa heç bir şəxsə əlillik təyin edilməsində iştirakım olmayıb. İlkin izahatımda adını çəkdiyim 11 nəfərin barəsində əlillik təyin edilməsində iştirak etməmişəm. İlkin izahatımda göstərilənlərin doğru olmayıb. Sadəcə 5 nəfər üçün “Forma 88” tərtib etmişəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyar Məmmədov 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib, 9 il müddətə azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Əliyar Məmmədova Cinayət Məcəlləsinin 32.4,313 və 313-cü maddələri ilə cəza təyin olunmayıb.
Hökmə əsasən, zərərçəkmiş hüquqi şəxs olan mülki iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs Əliyar Məmmədova qarşı mülki iddia tam təmin olunub.
Əliyar Məmmədovdan 168.828,33 manat alınaraq mülki iddiaçı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınıb.
Əliyar Məmmədov tərəfindən Baş Prokurorluğunun depozit hesabına qoyulmuş ümumilikdə 168.828,33 manat vəsait barəsində xüsusi müsadirə tətbiq olunub və həmin pul vəsaiti vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməsi barədə qərar verilib. Həmin 168.828,33 manat Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.
Hökmdən narazı qalan Əliyar Məmmədovun müdafiəçisi apellyasiya şikayəti verib. Onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Bu qərardan Ali Məhkəməyə müraciət olunub. Ali Məhkəmədə işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət qismən təmin edilib.
Əliyar Məmmədovun cəzası 8 il 6 aya endirilib.
Xəbərin oxunma sayı : 781
Hadisə
Xəbərlər
-
İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
-
Azərbaycanda Milli Qurtuluş Günüdür qeyd olunur
-
Bəzi tibb müəssisələrinin avadanlıqları yenilənəcək - 7 milyon ayrıldı
-
“İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz“ - Tramp
-
Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın maraqlı ifası - Video
-
Yerli avtomobillərə maraq azalıb - Səbəb nədir?
-
“Kainat“ kafesi Yasamal rayon sakinlərini təngə gətirib - VİDEO
-
Təzə qarpız yükünün altından yüzlərlə kiloluq narkotik necə tapılıb? - VİDEO
-
“İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər“ - Çin XİN
-
Putin Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu tədiqləyib - İyunun 22-dən sonra
-
Kərə yağı yenə bahalaşacaq: Görün neçəyə olacaq
-
Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
-
Ərdoğan İlham Əliyevə zəng edib - İsrailin İrana hücumu müzakirə olunub
-
İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib - SƏBƏB
-
Azərbaycanlı aktrisa boşana bilmir: “Üçüncü həyat yoldaşıyam...“
-
“İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb“ - Zelenski
-
Tibb məntəqələrinə görə xəstəxana rəhbəri cərimləndi - Vüqar Qurbanov problemi həll etmir?
-
Sabahdan ödənişsiz çimərliklər fəaliyyətə başlayır - FOTOLAR
-
“İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar mənasızdır“ - İran XİN
-
Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
-
Ceyhun Bayramovla Hakan Fidan danışdı - Nələr müzakirə olunub?
-
Binə qəsəbəsində narkotacir saxlanıldı - FOTO
-
Vəhdət Partiyasının növbədənkənar qurultayı keçirilib - Adəm İsmayıl Bakuvi sədr seçildi
-
Nazir onların “Son zəng”ində iştirak etdi - FOTOLAR
-
17 yaşlı Umud 51 yaşlı qohumunu toyda niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Azərbaycan və İran XİN rəhbərləri danışdı - Nələr müzakirə olunub?
-
Bank kartlarından oğurluq edildi - MƏBLƏĞ
-
“Zümrüd Residence“də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü
-
ABŞ Rusiya neftinin qiymət tavanının azaldılmasını dəstəkləmir - “Bloomberg“
-
Jurnalistlərin övladları məzun oldu - FOTOLAR
-
Sahil Babayevdən daha bir təyinat - Elnur İbrahimov da yola salındı
-
İsrail İranın 9 nüvə alimini öldürüb - ADLAR
-
Ermənistanın sabiq baş naziri ev dustaqlığına alındı - milyonlarla bağlı ittihamlar
-
Birinci sinfə neçə uşaq qəbul olunub? - Açıqlandı
-
İsrailin zərbəsindən sonra bina uçdu - 60 sakin öldü
-
Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur - Hikmət Hacıyev
-
Bu müəllimlərin maaşı artacaq - RƏSMİ
-
İsrail İranın daha 2 generalını öldürüb - Rəsmi açıqlama
-
Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ!
-
Beyləqanda bazar yandı - 13 nəfər tüstüdən zəhərləndi
-
Təl-Əvivdə böyük dağıntılar var - FOTOLAR
-
Bulvarda dənizə düşən şəxs belə xilas edildi - VİDEO
-
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
-
İran bu ölkələri vuracağını bəyan etdi - “Yeni hədəflərə çevriləcəklər...“
-
Cənub sərhədlərində radiasiya çirklənməsi aşkar edilmədi - Rəsmi
-
“ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb“ - XİN
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
-
Zərbələrdən sonra Təl-Əvivdə yaşayış binası çökdü - VİDEO
-
İranın uranı 60 faizə qədər zənginləşdirdiyi zavod məhv edilib - MAQATE
-
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
-
“Xoşbəxt deyiləmsə, heç kim sevinməsin” - İradə İbrahimova
-
SEPAH “Əsl vəd-3” əməliyyatına başlandığını elan etdi - VİDEOLAR
-
İki İsrail qırıcısı vuruldu - İsrailin qadın pilotu əsir götürüldü
-
Xətai sakinləri tullantı qablarının çoxluğundan şikayət edir - VİDEO
-
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
-
“İsrailin hücumu cavabsız qalmayacaq“ - Xamenei xalqa müraciət etdi
-
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
-
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? - DSX-dan açıqlama
-
İcra Hakimiyyəti 22 km-lik yolun işıqlandırılması layihəsinə 131 min xərcləyəcək - TENDER
-
Məşhur İran generalının öldürüldüyü xəbəri yayıldı - Qasim Süleymaninin varisi idi
-
Türk iş adamına məxsus taksi şirkətinin vergi borcu var - Külli miqdarda
-
Dişləyərək qulağını qoparıb - Qohumların torpaq davasının TƏFƏRRÜATI
-
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
-
“İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir“ - Tramp
-
“Space TV”yə xəbərdarlıq edildi - “Maşa və ayı”ya görə
-
“Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur” - Hikmət Hacıyev
-
Agentlik bir daha xəbərdarlıq etdi - “Son zəng“lə bağlı
-
İsrail İranın bu şəhərlərini də bombalayıb - 78 nəfər həlak olub, 329 nəfər yaralanıb
-
Bu rayonda xəstəxana tikilir - Layihəsi 597 minə hazırlanacaq
-
Komitənin 18,6 minə ofis icarəyə götürdüyü Günel Abdullayeva kimdir?
-
Paytaxtın bu yolları iki gün bağlı olacaq - SİYAHI
-
“Toyda heç kimə bakal atmamışam” – Kəmalə Günəşli
-
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - FOTOLAR
-
Hikmət Hacıyev Çexiya rəsmiləri ilə görüşdü - FOTO
-
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - Vüqar Kərimov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan
-
Xəstəxanalarda qiymətlər bahalaşıb - Dövlət Statistika Komitəsi
-
Bir manata görə “parkovşik“lər dalaşdı: Birinin çənəsi sındı
-
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
-
“Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik“ - Paşinyan
-
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
-
“İran nüvə sazişi şansından istifadə etmədi“ - Tramp
-
Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
-
“Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!“ - Deputat
-
“Sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq“ - Pezeşkian
-
Daxili İşlər Nazirliyindən “Son Zəng”lə bağlı MÜRACİƏT
-
Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR
-
“İsrail bütün qırmızı xətləri keçib“ - Baş Qərargah
-
“Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb“ - Sahil Babayev
-
Bank kartlarının talanmasına qarşı mübarizə ilə bağlı YENİ QANUN
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
-
İsrail yüzlərlə hərbçi yığır: Xamenei qisas əmri verdi
-
“Temho Pool” MMC-nin vergi borcu yaranıb - 115 min manat
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
TOP 10
ARXİV